| Ünvan: | Bakı şəhəri, Keşlə qəsəbəsi, 2-ci eninə küçəsi 2 |
| Tel.: | (994 12) 447 71 22/33 (994 55) 447 27 00/01 (994 50) 225 37 77 (994 50) 225 75 76 |
| Faks: | (994 12) 447 26 61 |
| E-poçt: | info@veyseloglu.az |
| Web: | www.veyseloglu.az |
-
Albena“Albena” MMC Bolqarıstandan Rusiya Federasiyasına Bolqarıstanın ən yaxşı istehsalçıları tərəfindən istehsal olunan yüksək keyfiyyətli brınzanı idxal edən əsas idxalçıdır. “Albena” MMC “ALBENA” ticarət markası altında inək, qoyun, keçi və camış südündən brınza təklif edir. Məhsul Moskvanın və digər böyük şəhərlərin xarici və yerli ticarət şəbəkələrinə tədarük olunur.
Rəsmi veb-sayt: www.albenaru.com -
Nuh'un Ankara MakarnasıNuh'un Ankara Makarnasi Türkiyədə öz fəaliyyət sahəsində ən böyük şirkətlərdən biridir. Şirkət 1950-ci ildə Nuh Eskiyapan, Ahmet Eskiyapan və Kemal Yurtbilir tərəfindən təsis edilmişdir və 6 ton/gün istehsal gücünə malik idi. Şirkət qısa bir vaxta alıcıların rəğbətini qazanmış və 1956-cı ildə müasir tələblərə cavab verən fabriki inşa etmiş və hal-hazırda burada istehsal gedir.Rəsmi veb-sayt: www.nuh.com.tr
-
AVK“AVK” şirkəti – Ukraynanın ən böyük qənnadı istehsalçılarından biridir. Şirkət 1991-ci ildə təsis edilmişdir. “AVK” şirkəti öz fəaliyyətinə Ukraynanın qənnadı istehsal edən şirkətlərinə kakao məhsulların tədarükü ilə başlamışdır. Lakin 3 il ötəndən sonra “AVK” öz birinci şirniyyatlarını – içiboş şokolad fiqurcuqlarını istehsal etmişdir.Rəsmi veb-sayt: www.avk.ua -
BİFABabalarımızdan bizə qalan ən əhəmiyyətli miras zəhmətdir. Təşəbbüskarlığımızın təməlində də əməksevərlik vardır. Əməksevərlik fəlsəfəmizlə ortaqlarımız və səhmdarlarımızla paylaşaraq böyük uğurlar əldə etdik.Rəsmi veb-sayt: www.bifa.com.tr
-
BonduelleBazarı dərindən bilmək bizə müştərilərimizin bütün istəklərini öyrənib onları təmin etmək imkanını yaradır. Müasir istehlakçılar sağlam və təbii qida, yaxşı əvhal və təhlükəsizliyə önəm verirlər, bu isə bizim tərəvəzlərin üstünlüyüdür.Rəsmi veb-sayt: www.bonduelle.com -
Campbells1830-cu ildə Kallendarda, Pertşir, ucqar dağüstü bir kənddə Donald Kempbell öz birinci peçenyelarını hazırlamışdır. İndi, 175 il və 6 nəsil ötməsinə baxmayaraq, bu beynəlxalq aləmdə məşhur balaca bir istehsal Şotlandiyanın 1 N-li peçenye bişirmə biznesı sayılır və hələ də həmin nəsilə məxsusdur.
-
CanbebeBizim şirkət öz birinci addımlarını uşaq bezləri sahəsində “analar üçün rahatlıq, uşaqlar üçün sağlamlıq” devizi altında 1990-cı ildə Astel Kağıtçılık Co firmasını qanadı altında atıb və bu sektorda “Canbebe” brendi ilə birinci istehlakçılardan olub.Rəsmi veb-sayt: www.canbebe.com.tr -
DelicpolŞirkət 1992-ci ildə yarandığı gündən bu günə kimi ailə firmalarının adət-ənələrindən istifadə edərək daimi və planlaşdırılmış inkişaf konsepsiyasını inkişaf etdirir. Bu konsepsiyanın sayəsində biz Polşa bazarında ən böyük qənnadı istehsalçısı olmuşuq. Bir neçə il ərzində biz balaca bir firmadan qlobal miqyasda fəaliyyət göstərən istehsalçıya çevrilmişik.Rəsmi veb-sayt: www.delicpol.pl
-
DənesitəPortuqaliya şirkəti "Dan Keyk Portuqaliya" 1978-ci ildə təsis edilmişdir və çörəkbişirmə və qənnadı məhsulların istehsalçısı kimi inkişaf etmişdir. Dan Keyk əvvəlcədən Portuqaliya bazarına çıxarılmışdır, lakin indi o istehsal etdiyi malın çeşidinə və keyfiyyətinə görə həm daxili, həm də xarici bazarlarda tanınır. Şirkətin Portuqaliyada Lissabon və Koimbra şəhərlərində 2 istehsal sahəsi var və dünya üzrə ən böyük yağlı peçenyaların istehsalı da ona məxsusdur.
-
ETİETİ 1962-ci ildə təsis edilib istehsala başladı. Bu tarix, ETİ-nin böyümə və inkişaf istiqamətindəki tarixi addımlarının başlanğıcı oldu. Sektorunda hər vaxt yeniliklərin qabaqcılı olan, türk xalqına daha yaxşısını vermək üzrə sərmayə qoyan ETİ, bu ləzzət səfərində, hər biri damaqlarda və zehinlərdə iz qoyacaq məhsullar zənciri meydana gətirdi. ETİ bir ləzzət nümünəsidir.
-
GammaGamma – şirkəti yüksək keyfiyyətli balıq konservlərinin istehsalı ilə məşğuldur. Assotimentə 140 adda məhsul daxildir, onların arasında – riqa şprotları, hisə verilmiş salaka, kilkə, sardina, skumbriya, siyənək, sardinella, şprot paşteti, treskanın qara ciyəri. -
HAYATHayat Kimya A.Ş (Hayat Chemicals Inc.), Hayat Temizlik ve Sağlık Ürünleri AŞ (Hayat Cleaning and Sanitary Products Corp), Limaş Liman İşletmeleri A.Ş (Limaş Port Enterprises Inc.), Kastamonu Entegre A.Ş (Kastamonu Integrated Facilities Inc.) and Yongapan Orman Ürünleri A.Ş (Yongapan Forestry Products Inc.) şirkətlər qrupu 1937-ci ildə daxili kapital hesabına yaradılmış və Hayat Holdinqin tərkib hissəsidir.
-
HeinzHeinz – ketcup, sous, uşaq qidaları, hazır qidalar, şorbalar, dəniz məhsulları və çərəz kimi qida məhsulları istehsalçıları arasında aparıcı yerlərdən birini tutur. Heinz – ketcup, sous, şorba və konserləşdirilmiş lobiya istehsalı üzrə beynəlxalq şirkəti təmsil edir.Keyfiyyət haqqında: əgər biz istehsal olunan məhsulun 100 % keyfiyyətinə və təhlükəsizliyinə əmin olmasaq, heç bir məhsul mağaza rəfində və ya alıcının stolunun üstundə ola bilməz. Bizim zamənət hər zaman real əsasa malikdir. Məsələn: əgər məhsulun saxlanma müddəti böyükdürsə, deməli laboratoriya attestasiyası zamanı məhsul daha böyük müddətə tab gətirərək keyfiyyətini itirməmişdir. Əgər etiketdə “xalesterin yoxdur” yazılıbsa, analitik olaraq məhsulda olmadığı təsdiqlənmişdir.Biz yeni məhsulların və reseptlərin hazırlanmasına xüsusilə yaradıcı yanaşırıq. Bütün bu böyük, daimi, alıcı üçün görünməz olan, lakin bizim fəaliyyətimizin üçün son dərəcə önəmli olan proses bizim məhsullarımızın stabil və yüksək keyfiyyətini təmin edir.Rəsmi veb-sayt: www.heinz.ru -
MieszkoMieşko Şirkəti – Polşanın qənnadı məhsullarn istehsalçılarının arasında ən məşhurlarından biridir. Şirkət 1993-cü ildən bazarda fəaliyyət göstərir. “Mieşko”nun bütün məhsulları öz çeşidində, reseptlərində və qablaşdırmasında innovasiyaların yüksək səviyyəsi ilə seçilir. Şirkətin məhsulları bütün kontinentlərdə 42 ölkədə satılır.Rəsmi veb-sayt: www.mieszko.com.pl
-
MisbisMisbis 1995-ci ildə İstanbulun şokolad və vafli, Gaziantəpənin biskvit və şirniyyat fabrikləri birləşməsi nəticəsində yaranan bir ailə şirkətidir. Bu iki fabrika birləşərək istehsalatlarını 2005-ci ildən İstanbulda davam etdirirlər.Rəsmi veb-sayt: www.misbis.com.tr -
NutriciaNutricia - sürətlə inkişaf edən, Rusiya uşaq qidaları bazarında doğulduğu gündən 3 yaşınadək premium, innovasiyalı və xüsusiləşdirilmiş uşaq qidaları arasında lider mövqeyinə sahib olan şirkətdir.Rəsmi veb-sayt: www.nutricia.ru
-
Ontex“Ontex Ru” şirkəti Ontex İnternational qrupuna daxildir. Ontex – Avropada gigiyenik məhsulların istehsalında liderdir. Məhsullara uşaq bezləri, qadın gigiyenik vasitələri, tibb xarakterli məhsullar (yataq xəstələri üçün), nəm salfetlər daxildir. Şirkətin brendləri bunlardır - Helen Harper, Molfex, ID, Euron, Lady Comfort. Rusiyada “Ontex Ru” məhsulları böyük pərakəndə satış və aptek şəbəkələrin markaları altında da satışı təşkil edir.Rəsmi veb-sayt: www.ontex.ru -
OrionOrion şirkəti 50 il bundan əvvəl Koreyada qənnadı məhsullarının istehsalının parlaq bir ulduzu kimi təsis edilmişdir. Biz, gələcəyi 50 il yaxınlaşdırmaq üçün böyük sıçrayış eləmişik. Orion 5 törəmə şirkəti və Çində, Vyetnamda, Rusiyada və s. ölkələrdə 10 xarici ofis açmışdır, bunun məqsədi dünya üzrə məhsulların satışını həyata keçirmək üçün istehsalın lokallaşdırılmasıdır. 2005-сi ildə Orionun dövriyyəsi 0.1 milliarda çatmışdır və bu dünyada məşhur «Orion Choco Pie» brendi sahəsində əldə edilmişdir.
-
Özmaya1987-ci ildə qurulan Özmaya Sənaye A.S. ilk olaraq 12 İyul 1988-ci ildə Ceyhan (Adana) Fabrikində, çörək istehsalçıları üçün yaş maya istehsalına başladı. Fəaliyyətinin başından bəri Özmaya istehsal etdiyi məhsulun keyfiyyəti, fərqliliyi, fiziki və kimyəvi quruluşu və uyğun şərtlərdə mühafizəsi ilə tanındı.Rəsmi veb-sayt: www.ozmaya.com.tr -
SütaşSütaş, torpaqda yaşıllaşan otdan südə qədər süfrələrimizə gələn məhsulların bütün təbiətindəki dəyərlərini qoruyaraq saf və təbii halıyla süd və süd məhsulları ilə istehlakçıları təmin edir.
Rəsmi veb-sayt: www.sutas.com.tr
-
Ülker1944-cü ildə iki qardaşın əməyi və səyləri ilə tək növ biskvit çıxaran atelye, bu gün gənc insanların rəhbərliyində qlobal markaları da özündə saxlayan nəhəng bir birliyə çevrilmənin qürurunu yaşadır. Sabri və Asim qardaşlar 1944 -cü ildə Ülkər markasıyla biskvit çıxarmağa başladığında, bir gün dünya markalarını keçəcək gücə çatacaqlarını təxmin belə etməmişdilər. İlk vaxtlarda, illik 75 ton biskviti bir neçə qazan, kiçik bir soba və 3 işçiylə istehsal edirdilər. Bu gün üçün olduqca təvazökar görünən bu istehsal, çörəyin belə talonla paylandığı o günün Türkiyəsi üçün ümidverici bir başlanğıc idi və davamı sürətlə gəldi. İlk addımın üzərindən 4 il keçmədən, Topqapıdakı biskvit fabrikinə keçildi və istehsal tutumu 3 qat artırıldı.
Rəsmi veb-sayt: www.ulker.com.tr -
LumarBizim çeşiddə siz şokolad örtüklü praline və premium çeşiddə olan Lumarki – kokos, araxis və qızardılmış küncüt örtüklü vaflilər tapa bilərsiniz. Biz sizə eyni zamanda ənənəvi “xırt-xırtlı” və klassik” vaflilər və fantaziya vafliləri təqdim edirik. Biz vafliləri biskvitlə, şokolad sevənlər üçün isə şokolad ilə bəzəyirik. 2010-cu ildə bizim çeşidimiz artdı. Tufinki konfetləri və bir çox dadlarda təklif olunan bulkalar. Biz inteqrasiya olunmuş keyfiyyət və məhsul təhlükəsizliyi sistemi olan HACCP ilə işləyirik, hansl ki İSO 9001:2000 standartlarına və Codex Alimentarius standartlarına cavab verir. 2009-cu ildə biz BRC və İFS sistemlərini tətbiq etdik və Lloyd’s Register Quality Assurance tərəfindən tanındıq. Biz əlimizdən gələn hər şeyi edirik ki, Lumar məhsulları ən keyfiyyətli məhsullar sırasında adı çəkilsin. Biz ümüd edirik ki, sizin tələblərinizi cavab verəciyik və bizim məhsullar sizi masalarınızın üstündə olacaq.Rəsmi veb-sayt: www.lumar.pl
-
Sweet+“Zaxarni izdeliya – Varna” MMC öz fəaliyətinə 1998-ci ildə başlayıb. Belə şirkətin yaranması ideyası "Semela – Vesselin Dimitrov” kommersiya şirkətinin peçenye və pirojnaların sərbəst istehsalına başlayanda yaranmışdır. İstehsal olunan məhsullar cəmi 2 cür idi – “Diana” pirojnası və “Neqrita” peçenyası. Bu məhsullar alıcılar tərəfindən isti qarşılanmış və bunun nəticəsi olaraq yüksək maliyyə göstəriciləri əldə olunmuşdur. Bu zaman “Zaxarni izdeliya – Verna” MMC-nin ayrılması barədə fikir irəli gəlir. Daxili prinsiplərinə əməl etmə və daima inkişafı nəticəsində firmamızın nüfuzu və əmtəə nişanı partnyorlarımız, rəqiblərimiz və ən əsası alıcılarımız tərəfindən yüksək qarşılanır.
Rəsmi veb-sayt: www.ziv.bg -
Yujural konditer“Yujuralkonditer” ASC Cənubi Uralda qənnadı məhsullarının istehalı və satışı sahəsində aparıcı yerlərdən birinə malikdir. Şirkətin rəsmi təsis tarixi 20 iyun 1961-ci ildir. “Yujuralkonditer” ASC 100-dən çox çeşiddə qənadı məhsullarını - peçenye, biskvit, şokolad konfetləri və karamel istehsal edir. Şirkətin bütün Rusiyada tanınan brendi “Merendinka” brendidir.Rəsmi veb-sayt: www.yuk.ru
-
Spartak«Spartak” qənnadı fabrikası Belorussiyanın qənnadı məhsullarının ən böyük istehsalçısıdır. Fabrik 4 iyun 1924-cü ildə təsis edilmişdir və birinci adı “Prosvet” idi. Öz indiki adını fabrik 8 noyabr 1931-ci il tarixində almışdır.Rəsmi veb-sayt: www.spartak.by -
ŞölenŞölen Çikolata 100% türk sərmayesi ilə 1989-ci ildə Gazientepde təsis edilmişdir və Türkiyənin aparıcı qida brendlərindən biridir. 2008-ci ildə şokolad, şokolad örtüklü məhsullar, peçenyelər, vaflilər, saqqız və konfetlər istehsal edən şirkət 2008-ci ildən İstanbul şəhərində yerləşən yeni fabrikada tortlar, peçenye və krekerlərin istehsalına da başlamışdır.
-
SolidarnostCukiernicza «Solidarność» firması («Solidarnost” qənnadı fabrikası) artıq 57 ildir ki, Polşanın ən böyük qənnadı məhsullarının istehsalçılarından biridir. İstehsal edilən məhsul yerli bazardan başqa xarici bazarlarda da tanınır. Şokolad örtüklü konfetlər, şokolad, hədiyyə qablaşdırmalı şokoladlar, südlü irislər, krem və peçenyelər – şirkətlər qrupu tərəfindən istesal olunan əsas məhsullardır. Bizim böyük assortiment hər bir alıcıya öz zövqunə və şokoladın formasına görə şokolad seçməyə imkan yaradır.Rəsmi veb-sayt: www.solidarnosc.pl -
Kommunarka“Kommunarka” fabrikası Belarus Respublikasında ən böyük qənnadı məhsullarının istehsalçılarından biridir. Hər il müəssisə 25 tona kimi məhsul istehsal edir. Fabrikin geniş assortimenti 300-dən çox çeşiddə qənnadı məhsullardan ibarətdir.Rəsmi veb-sayt: www.kommunarka.by
-
RoyalDünya miqyasında tanınmış Royal Cake brendi altında biskvitli ruletlər, kekslar, müxtəlif içli mini ruletlər, şirələnmiş və şokoladla dekorlanmış mini kekslər, ev şəraitində tort hazırlamaq üçün biskvitlər, şokolad pastası, pirojna və kruassanlar istehsal olunur.Rəsmi veb-sayt: www.royalcake.ru -
Volsk“Volskiy konditer-2” fabrikası 2000-ci ildə yaradılmışdır və Saratov vilayətinin Volsk şəhərində yerləşən süd zavodunun bazasında fəaliyyət göstərir. İstehsal sexləri qabaqcıl Rusiya və Avropa istehsalçıları tərəfindən yüksək texnoloji avadanlıqla təchiz olunublar. Yüksək ixtisaslı mütəxəssislər istehsal proseslərinin mükəmməlləşdirilməsi və müasirləşdirilməsi sahəsində daima çalışmaqdadılar. Öz fəaliyyəti dövründə, yüksək keyfiyyətli məhsulun istehsalı və daim inkişafı nəticəsində “Volsk Konditeri 2” şirkəti stabil və etibarlı tədarükçü adını qazanmışdır.Rəsmi veb-sayt: www.volskykonditer.ru
-
SocadoSocado şirkəti öz fəaliyyətinə 1970-ci illərin əvvəllərində başlamışdır. İlk vaxtlarda qənnadı məhsullar, əsasən də şokolad istehsal edirdi. Şirkət Villafransda, Verona vilayətində yerləşir. Ərazisi 15000 kv.m., ofis binalarının ərazisi 1500 kv.m olan fabrik ən müasir avadanlıqla təchiz olunub. “Socado”nun İtaliyanın strateji nöqtələrində öz anbarları var. Socado İtaliyadan Meksika və Hindistanda yerləşən 2 müstəqil zavodu da idarə edir. Hal-hazırda şirkət 3 müxtəlif çeşiddə məhsul istehsal edir.Rəsmi veb-sayt: www.socado.com -
Nevskiy«Nevskiy konditer” fabrikası ən böyük qənnadı istehsalçılarından biridir və öz müştərilərinə qabaqcıl Avropa təchizatçıları tərəfindən təchiz olunmuş yüksək keyfiyyətli avadanlıqda istehsal olunmuş məhsulu təqdim edir. “Nevskiy Konditer” fabrikasının məhsulları Rusiyada, Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda, Azərbaycanda, Moldovada, Əstoniyada, Latviyada, Monqoliyada və başqa ölkələrdə təklif olunur.Rəsmi veb-sayt: www.konditer.net
-
TuribaŞirkətin tarixçəsi 1993-cü ildə başlamışdır. 1999-cu ildə Şirkət “Turiba” adlı əmtəə nişanını qeydiyyatdan keçirib. Latış dilində Turiba sözü “zənginlik və zövq müxtəlifliyi” deməkdir. Hal-hazırda Turibanın 2 qənnadı istehsalı fabriki Sankt-Peterburq şəhərində və Belarus Respublikasında yerləşirlər və 40-dan artıq çeşiddə orijinal dada və resepturaya malik qənnadı məhsulları istehsal edirlər.Rəsmi veb-sayt: www.turiba.info -
SormovSormov Qənnadı Fabrikası öz tarixi 19-cu əsrin əvvəllərindən başlayır və bu gün haqlı olaraq Nijniy Novqorodun vizit kartlarından biridir. Bir əsrdən böyük tarixçəsi yolunda fabrik “şirin fabrik” adını əldə etmişdir, belə ki, onun məhsulları böyüklər və uşaqlar arasında böyük təlabatla qarşılanır və mağazaların satış rəflərində çox qalmır. Sormov Qənnadı Fabrikasının şirniyyatları ilə bir neçə Nijniy Novqorod nəsli böyüyüb boya-başa çatmışdır.Rəsmi veb-sayt: www.skf.uniconf.ru
-
TagoTago – müxtəlifqənnadı məhsullarının: şokolad örtüklü biskvitlər, şəkərli peçenyelər, fransız pryanikləri, vaflilər, isveçrə ruletləri və həmçinin krekerlərinistehsalçısıdır. Biz, həm xarici, həm də yerli bazarda 40 ildən artıq müddətdir ki, fəaliyyət göstəririk. Şirkətin mülkiyyətçisi mister Tadeuş Qolebevski öz məhsulları ilə fəxr edə bilər, belə ki, indi ki yüksək rəqabətli dünya bazarında onun məhsulu yaxşı tanınır.Rəsmi veb-sayt: www.tago.com.pl -
LiderLider S.G. firması – öz vətənində ən cavan və tez inkişaf edən firmalardan biridir. Firma öz fəaliyyətinə Köhnə Lipinidə istehsal müəssisəsi yarananda, 1993-cü ildə başlayıb. İlk zamanlar istehsal 4 cür peçenyedən və balaca yumru pryaniklərdən ibarət idi. Bazar iqtisadiyyəti şəraitində firma sürətlə inkişaf edirdi. Artıq istehsala başlamağımızın 1-ci ildönümündə biz 50 cür peçenye bazara buraxdıq və həmin peçenyelər bu günə kimi bazarda uğurla qarşılanırlar. İndiki zamanda, istehsalda olan malların çeşidi 200 ada yaxınlaşır.Rəsmi veb-sayt: www.liderskg.com
-
Drujkov“Drujkov” MMC müasir, dinamik inkişaf edən çoxillik təcrübəyə və zəngin tarixə malik şirkətdir. Bizim mütəxəssislərin məsuliyyəti və təcrübəsi, reseptlərin özünəməxsusluğu, müasir avadanlıq və natural inqridientlərin istifadəsi bizə yüksək keyfiyyətli malın istehsal etməyimizə imkan yaradır.Rəsmi veb-sayt: www.halva.in.ua -
Ramkon“Ramkon” şirkəti Rusiyanın unlu qənnadı məhsulları istehsalçısıdır. “Ramkonun” texnoloqiyaları özündə rus qənnadı fabriklərinin (inqlabdan qabaq və sovet vaxtının) ənənələrini və ən son texnologiyaları əks etdirir. Rusiya inqridientləri və fabrikin yerləşdiyi yer bütün buraxılan məhsulların sağlamlığına zəmanət verir. “Ramkon” sizi və sizin ailənizi dadlı və qidalı məhsullarla gündəlik təmin edirRəsmi veb-sayt: www.ramkon.ru
-
QuickburyQuickbury JENS SCHLEICHER GmbH 1980-ci ildə təsis edilmişdir və mr. Jens Şleyker o vaxtdan onun Baş direktorudur. Bu gün bizim baş ofis və anbar Şimali Almaniyada Qvikbornda yerləşir, bu isə Hamburq limanına yaxındır. Artıq 30 ildir ki əsasən Quickbury əmtəə nişanı altında öz müştərilərimizə yüksək keyfiyyətli alman qənnadı məhsulları ilə elə buradan xidmət göstəririk.Rəsmi veb-sayt: www.quickbury.de -
Vandenbulke1949-cu ildən Belçika şokoladı ənənələrinə sadiq qalaraq işləyən Vandenbulke şirkəti artıq üçüncü nəsildirki eyni ailəyə məxsus bir ailə şirkətidir. Sea Shell və Forest Nut şokoladları, Pralines Flake trüfelləri və mövsümi delikateslər öz dadı ilə fərqlənən çeşidimizin tərkib hissəsidir. Cəzbedici örtük və hər bir xırdalığa olan diqqət və yüksək keyfiyyət bizim şokoladı nəinki Belçikada, bütün dünyada tanıdır. Şokoladı doğrudanda sevən şəxslər Vandenbulke şokoladını çox seçir, buna isə səbəb şokoladın keyfiyyətinə vaxtaşırı edilən sərmayə yatırımlarıdır.Rəsmi veb-sayt: www.vandenbulcke.com
-
VobroVobro qənnadı fabrikası ekoloji təmiz Brodno gölünün yanında yerləşən Brodnitsedə, Kuyavo-pomorski voyevodalığında yerləşir. Artıq bir neçə ildir ki, şirkət 50-dən çox çeşiddə şokolad, pirojna və vaflilər istehsal edir. Təcrübəli heyət, XXI əsrin avadanlığı və texnoloqiyaları, ən yaxşı xammalın seçimi-VOBRO-ya ən keyfiyyətli məhsulun istehsalına imkan yaradır.Rəsmi veb-sayt: www.vobro.com.pl -
PobedaHər bir “Pobeda Vkusa” məhsulunun arxasında xammalın və inqridientlərin əsaslı seçimi durub. Bu və ya o biri inqridient tədarükçüsünün seçimini həyata keçirəndə biz 3 prinsip ilə hərəkət edirik:· İstehsal və yığım sahələrinin bizim ekspertlər tərəfindən yoxlanılması;· Biz daha ucuz və keyfiyyətsiz malı seçmirik;· Bütün tədarük olunan ingridientlər 3 standartlara uyğun gəlir: Rusiyanın QOST, Avropanın UN/ECE və Amerikanın USDA.Biz yalnız bizim ekspertlər tərəfindən əsaslı şəkildə yoxlanılan və dünyanın bir çox yerlərindən tədarük olunan ən yaxşı xammalı seçirik. Biz bazar imkanlarından istifadə etməklə üstünlüyü əldə etməyə çalışırıq. Biz öz müştərilərimizi tam başa düşürük, onların vərdişlərini, tələblərini, davranışlarını və baxışlarını bilirik. Bu isə real qiymətə, əla keyfiyyətə və dizayna malik konfetlərin yaradılmasına öz töhvəsini verir. Biz heç vaxt öz işimizi məhsulumuzun keyfiyyətinin, qablaşdırmasının və texnologiyasının korlanması yolu ilə asanlaşdırmırıq.Rəsmi veb-sayt: www.pobedavkusa.ru
-
Ritter-sport1912-ci ildə Ritter ailəsi üzərinə öhdəlik götürdü ki, ən keyfiyyətli şokolad istehsal edəcək. Yüksək keyfiyyətli xammalın dünya miqyaslı tədarükçülərdən alınmasının və son texnologiyaların istifadəsi ilə xammalın işlənməsi və işçilərimizin çoxillik təcrübəsinin sayəsində şokoladları temperatur rejiminin saxlanılması ilə satış məntəqlərinə çatdırırıq. Şvab şirkəti barəsində söhbət getdiyi zaman, keyfiyyət üzərində burada qənaət etmirlər. Bu sözlər nəinki Ritter Sport şokoladının hər bir hissəsinin dadında, hətta hər bir qablaşdırmanın üzərində əks olunmuşdur. Kvadrat sözü latın sözü olan “quadratum” sözündən irəli gəlir – bu 4 eyni bucaqlı həndəsi fiqurdur. 1932-ci ildə Riter Sport şokolad kvadratı icad edilmişdir. Bu xarakterik forma bu günə kimi markanın tanınma nişanıdır.Rəsmi veb-sayt: www.ritter-sport.de -
Bizim mutfak – ulkerEksper Food Ulker Şirkətlər qrupu olaraq çörəkçilik satış məntəqələrinə və müxtəlif həyat tərzi və istehlak ənənəsinə malik kənar bazarlara xidmət göstərmək üçün 2002-ci ildə təsis edilmişdir. 1997-ci ildə “Sənaye məhsulları xidməti” müəssisəsi olaraq fəaliyyətə başladıqdan sonra Eksper Food yüksələn bazarda daha yaxşı xidmət göstərmək üçün 2002-ci ildə şirkətlər qrupu olaraq təsis edildi. Eksper Food məhsul çeşidləri arasında çörəkxana üçün marqarin, yağlar və kiçik qablaşdırmalı yağlar, sənaye yağları, nişasta, soya protein, soya unu, hazır yeməklər, şirniyyat, sup/bulyonlar, ketçup/mayonez, isti içəcəklər (çay və kofe), kakao məhsulları, qənnadı məhsullar, un məhsulları, süd və gündəlik məhsullar, kornfleks mövcuddur. Eksper Food etibarlı, faydalı, yüksək keyfiyyətli məhsulu, satışdan əvvəl və sonra yüksək səviyyəli xidməti ilə Türkiyə və bütün dünyada öz müştərilərinin anlayan, onların bütün tələblərinə cavab verən münasib qiymətə düzgün və vaxtında yüksək keyfiyyətli məhsullar istehsal edən aparıcı solyuşn şirkətinə çevrilməyi qarşısına hədəf qoymuşdur.Rəsmi veb-sayt: www.ulker.com.tr
-
SpomlekSüd məhsulları koporativi SPOMLEK Varşavadan 130 km şərqdə Radzin Polaski ərazisində yerləşir. SPOMLEK ən böyük və müasir polşa süd istehsalçılarından biridir. O, Radamer pendiri və digər saxlanılmış pendirlər, süd, yağ, yoğurt, həmçinin quru süd məhsulları istehsal edir. Bizim bir çox sertifikatlarımız var ki, bunun sayəsində məhsullarımız Rusiya, Ukrayna, Belarusiya və digər bazarlara daxil olunmudur. SPOMLEK məhsullarının keyfiyyəti İSO 9001 və Qida Məhsullarının Təhlükəsizliyinə Nəzarət Sistemi tərəfindən təsdiqlənmişdir.
-
Ital foodİtal Food Industry AD 2005-ci ildə təsis edilmişdir. Təsis edilməsindən bəri Şirkət illik təxminən 250% surətli yüksəliş göstərmişdir, beləliklə, Avropada aparıcı yüngül qəlyanaltı istehsalçılarından birinə çevrilmişdir. Bu yaxınlarda Şirkət həmçinin bu sahədə də bazarda yüksək yer əldə etmək qərarını açıqlayaraq qənnadı məhsulların istehsalı sahəsinə daxil olmuşdur. Bruschette Maretti, Kubeti və Franka daxil olmaqla, Şirkətin bütün brendləri bazara daxil olan kimi yüksək uğur qazanmışdır. İtal Food Industry AD rəqabətə davamlı qiymətdə keyfiyyətli yüngül qəlyanaltıların istehsalı ilə tez bir zamanda böyük ad qazanmışdır. Onun məhsulların inkişaf etdirilməsinə, həmçinin bazar əlaqəsinə mütərəqqi və cəsarətli yanaşması sarsılmaz inkişaf üçün əsas yaratmışdır. İtal Food Industry AD eyni zamanda həm qlobal potensialı olan nadir brendlər yaradaraq, həm də yerli istehlakçıların istəklərinə yönələrək beynəlxalq uğur qazanmışdır. Bu gün Şirkət məhsullarının böyük əksəriyyəti ixrac üçün nəzərdə tutulmuşdur. Şirkət Brendləri bütün Avropada böyük nüfuz və Balkan bölgəsinin bazarlarında yüksək dərəcə qazanmışdır. İtal Food Industry AD brendlərinin müxtəlif yüksək rəqabətli bazarlarda üstün fəaliyyəti Şirkətin uğurlarını öz çox çeşidli məhsulları ilə bir çox ölkələrə yayacağına böyük ümid yaradır.
-
HARIBOUşaqlar və gənclərin sevgisi Haribonun xoşbəxt dünyasını yaratdı. HARIBO 2001-ci ildə PAMIR Gida SAN. A.S –i almış və HARIBO halal məhsullarını Türkiyədə istehsal edir. HARIBO Hans Riegel tərəfindən 1920-ci ildə Almaniyanın Bonn şəhərində təsis edilmişdir və hal-hazırda dünyanın 7-ci ən böyük qənnadı istehsalçısıdır. Şirkət dörd əsas növlü şirniyyat istehsal edir: Jelelər, biyan ətirli konfetlər, çeynənən konfetlər və marşmalloular; şirkət HARIBO brendindən başqa MAOAM və CHAMALLOWS brendlərinə də malikdir. 90 illik təcrübə ilə HARIBO yumşaq konfet bazarını idarə edir. HARIBO saysız formalarda və ölçülərdə konfetlər istehsal edir. Şirkətin qızıl qaydası tamı gözəl olan, uşaqlara, böyüklərə sevinc bəxş edən məhsul istehsal etməksir. HARİBO-nun Türkiyə fabrikində HARIBO müştərilərini yüksək keyfiyyətli məhsullarla təmin etmək üçün yüksək səviyyəli texnologiyadan istifadə edilir. Bu mükəmməl xidmət HARIBO-nun yüksək tanınma dərəcəsinə malik dünyanın ən etibarlı brendlərindən biri kimi təltif edilməsinə səbəb olmuşdur. Bundan əlavə ənənəvi HARİBO keyfiyyətinə əlavə olaraq HARIBO Türkiyənin istehsalı tamamilə müsəlman qaydalarına uyğun olaraq halal məhsullarla hazılanır. HARIBO Türkiyə öz məhsullarını bütün Orta Şərq, Şimali Afrika ölkələrinə və bütün dünyadakı müsəlman ölkələrinə ixrac edir.
-
Denmark DANISH FARMSaedager Dairy xammal çox hissəsi koperativ cəmiyyətin üzvü olan yerli fermerlərdən toplayır. Süd Yutlandiyanın Şimal və Orta rayonlarında toplanır. Xam südün cəld və yaxşı şəraitdə çatdırılmasını təmin etmək məqsədilə süd fermada və toplanma mərkəzində diqqətlə yoxlanılır. Saedager Dairy pendir hazırlanmasında uzun müddətli və peşəkar təcrübəyə malikdir. Bugün biz yüksək keyfiyyətli məhsullar hasil edən ən qabaqcıl texnologiyadan istifadə edirik. Keyfiyyətin davamlılığı və nəzarəti Saedager-in mütələq üstünlüyüdür, istehsal prosesi ərzində bizim laboratoriya və kənar laboratoriyalar vasitəsilə bir neçə keyfiyyət yoxlamaları həyata keçirilir. Pendir istehsalının iki sahəsi var: Original White Cheese (Təbii Ağ Pendir) və Combi White. İstehsalın böyük hissəsi ən çox Avropa və Orta Şərq ərazisinə ixrac edilir. Saedager bir çox müştərilər üçün onların zövqlərinə uyğun sifarişli məhsullar istehsal edir. Ardena və Danish Farm adlı brendlərimiz Avropada çox istifadə edilir və bu səbəbdən öz yüksək keyfiyyətinə görə bizim Avropa müştərilərimiz arasında məşhurdur. Ümumi olaraq biz artan gedişlə ildə 7500 MT-dan çox məhsul ixrac edirik.
-
BreitsammerArtıq üçüncü nəsil və 70 ildir ki, biz ortaqlarımız və müştərilərimizə maksimal inam, bazarda yüksən dinamiklik və çeviklik, alman bal normasının göstərildiyindən daha ciddi şəkildə yoxlanılmış 100% təbii və qatqısız məhsul və s. kimi iş prinsipimizin sayəsində qazandığımız dəyərləri qorumağa davam edirik. Bal bizim şövqümüz və bacarığımızdır. Bizim müasir laboratoriyada bal, müştərilərimiz üçün daimi yüksək keyfiyyətə zəmanət vermək məqsədilə sensorlu, kimyəvi-fiziki və miksroskopik təhlillərdən keçirilir. Keyfiyyət yoxlamalarından əlavə bizim arıçılarla əlaqələrimiz əsas rol oynayır. Yüksək keyfiyyətli təmiz və təbii balı təmin etmək üçün biz müntəzəm olaraq onlara baş çəkirik. Keyfiyyətimizi vurğulamaq üçün qeyd etməliyik ki, biz İFS, BİO və HACCP üzrə təsdiq edilmişik.
-
JACQUOTJacquot-un əsası 1920-ci ilin axırlarında Şampan sahəsində qoyulmuşdir. Təxminən 100 il keçmiş, biz isə hələ də öz Fransız və aşbazlıq ənənələrimizlə məşhuruq. Əsl Şokolad istehsalı mütəxəssisi Jacquot Avropada yüksək keyfiyyətli kakao və şokolad məhsullarının qabaqcıl istehsalçılarından biri olmuşdur. Keyfiyyətli məhsulu yalnız ən yaxşı tərkibdən istifadə etməklə əldə etmək olar və biz şokolad istehsalı prosesi kakao plantasiyalarında başlamış bir neçə peşəkar şokolad istehsalçılarından biri olmağımızla fəxr edirik. Bayram şokolad çeşidlərindən ləzzətli trüfellərə qədər olan növlərimiz Jacquot-un dünyasını və gözəl şokoladlarımızın ləzzətini göstərir.
-
CEMOICEMOI, qabaqcıl Fransız şokolad istehsalçısı: iki əsrlik tarix...
Cemoi 19-cu Əsrin sonlarında Fransanın cənubunda təsis edilmişdir. O vaxtdan indiyədək biz fəaliyyətlərimizi davamlı olaraq inkişaf etdirmiş və əsl şokolad istehsalı mütəxəssisi kimi Avropada yüksək keyfiyyətli kakao və şokolad məhsullarının qabaqcıl istehsalçılarından biri olmuşuq. Biz həmçinin şokolad istehsalı prosesi kakao plantasiyalarında başlamış bir neçə peşəkar şokolad istehsalçılarından biri olmağımızla fəxr edirik. Müasir şirkət kimi biz müştərilərimizin və istehlakçılarımızın tələblərinə cavab verə bilmək üçün davamlı olaraq öz iş bacarıqlarımızı və yeniliklərimizi daha da təkmilləşdirməyə və mükəmməlləşdirməyə çalışırıq. Cemoi-dən istifadə etdiyiniz zaman dostlarınız və sevdiklərinizlə paylaşaraq yaradıcı ləzzətlərdən və təmiz şokoladdan zövq alacağınıza zəmanət veririk. -
VeeteeVeetee Rice arxasındakı hərəkətverici qüvvə Moni Varma 1987-ci i şirkətin əsasını qoymuşdur və özünün istehsalçı kimi adi mənşəyindən Londondakı etnik bazara qədər Veetee Rice dünyada ən böyük düyü təchizatçılarından biri kimi inkişaf etmişdir. Veetee Fine Foods Ltd. 100% ixrac tələblərinə uyğun müəssisə kimi 1992-ci ildə təsis edilmişdir və Hindistanda bu sahədə fəaliyyət göstərən şirkətlərdən biri olmuşdur. İllər boyu Veetee yeni məhsul və qablaşdırmanın inkişaf etdirilməsilə bazarda liderlik edərək innovasiya üzrə rəqabətsiz şöhrət əldə etmişdir. Rahatlığın bu yeni dövründə Veetee yaxın zamanlarda istehlakçıların çoxsaylı tələblərinə xidmət etmək üçün “Mikrodalğalı Soba Yeməkləri Kateqoriyası”-na təşəbbüs etmişdir. Məhsullarını dünyanın 70 ölkəsinə ixrac edən və demək olar ki, düyü yetişən və istehlak edilən hər bir qitədə qlobal istehsal mərkəzlərini idarə edən Veetee həqiqətən də qlobal qüvvədir.
-
PetrotradeBu gün özündə “Peterpak” istehsalat şirkətini və “Petrotreyd” ticarət evini birləşdirən Prosto Petro Group şirkəti Rusiyada şokolad pastalarının ən böyük istehsalçısıdır. Zavodda şokoladlı-qozlu, südlü və şokoladlı-südlü (DUO) pastaların istehsalı üçün (Hollandiya istehsalı olan) üç müasir xətt quraşdırılıb. Eyni zamanda firma yalnız şokolad pastalarının istehsalı ilə kifayətlənməyir, Prosto Petro Group şirkəti qatılaşdırılmış süd, spredlər istehsal edir; quru südün və qaymağın, kartof püresinin və tez hazırlanan kakaonun çəkilib qablaşdırılması ilə məşğul olur.
-
Xerson“Xerson qənnadı fabriki” QTSC Ukraynanın qənnadı məmulatları bazarında 1928-ci ildən fəaliyyət göstərir. Fabrikdə üç əsas sex – karamel, konfet və vafli sexi fəaliyyət göstərir. Xerson qənnadı fabrikinin zəngin istehsal tarixi və ənənələri, həmçinin onun əməkdaşlarının böyük təcrübəsi – həm Ukraynada, həm də onun hüdudlarından kənarda yaxşı tanınan və hər zaman dəyişilməz tələbata malik olan istehsal olunan məhsulun yüksək keyfiyyətinin zəmanətidir. Bu gün fabrik ildə 10 min tondan artıq gücə malik müasir istehsalat kompleksidir. Müəssisədə həm yeni yüksək səmərəli avadanlıq, həm də seçmə (elit) məmulatlarının əllə ənənəvi istehsalı tətbiq olunur. Biz 200-dən çox adda qənnadı məmulatını (konfet, karamel, draje, iris, vafli, peçenye, zefir, marmelad, pastila) istehsal edirik, onlar maraqlı dizaynı və əla keyfiyyəti ilə fərqlənir. Müəssisə indiki dövrdə xüsusilə dəyərli olan pektin (təbii jele yaradan maddə, alma və sitrus meyvələrinin şirəsi) əsaslı jele konfetlərini istehsal edir. Pektinlər unikal profilaktiki xüsusiyyətlərə malikdir.
-
Avanqard“AVANQARD” peçenye fabriki 2000-ci ildə açılmışdır və hal-hazırda Rusiyanın aparıcı qənnadı müəssisələrindən biridir. “Avanqard” bütün ailə və dostlar üçün peçenye istehsal edir. Hər bir alıcı təqdim olunan çeşiddə öz damaq dadına uyğun peçenye tapa bilər. Fabrik 60 növdən çox yüksək keyfiyyətli şəkərli peçenye istehsal edir ki, istehsal olunan peçenyenin keyfiyyəti çox saylı medal, diplom və sertifikatlarla təsdiqlənib. Bizim vəzifəmiz keyfiyyət nöqteyi-nəzərindən hər zaman öndə olmaq, istehlakçılara yalnız ekoloji təmiz məhsul təqdim etməklə onların bütün ümidlərini maksimal dərəcədə doğrultmaqdır. “Avanqard” fabrikinin məhsulu Rusiyanın (Kalininqraddan Vladivostoka qədər), yaxın xarici ölkələrin (Qazaxıstan, Azərbaycan, Gürcüstan, Belarus Respublikası, Baltik ölkələr) uzaq xarici ölkələrin (ABŞ, Almaniya, İsrail və hətta Avstraliya və Monqolustan) istehlak bazarında layiqli yer tutur.
-
QustiyarQatılaşdırılmış süd hamının tanıdığı və çox sevdiyi unikal məhsuldur və biz insanların bizim bu məhsula olan sevgisinə layiq olmaq üçün əlimizdən gələni edirik. “Soyuzkonservmoloko” birləşmiş şirkəti bu sahədə ən iri Alekseyev və Korenov süd-konserv kombinatlarının daxil olduğu istehsalat və ticarət müəssisələri qrupudur. Korenov süd-konserv kombinatı – müəssisəsi Krasnodar vilayətində yerləşir. 1952-ci ildən fəaliyyət göstərir. Bizim məhsullarımız Azərbaycan, ABŞ, Abxaziya, Gürcüstan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Moldova kimi yaxın və uzaq ölkələrə təchiz olunur. TİCARƏT NİŞANIMIZ “Qustiyar” – ticarət nişanıdır, bu ticarət nişanı altında biz geniş çeşiddə yüksək keyfiyyətli süd konservlərini: qatılaşdırılmış süd, qaymaq, bişmiş süd, kakaolu qatılaşdırılmış süd və sairə məhsullar istehsal edirik. “Ruslada” – təbii və keyfiyyətli məhsullardan ibarət süd konservləridir (qatılaşdırılmış süd və bişmiş süd). Məhsullarımızın səciyyəvi xüsusiyyəti aşağı və orta təminatlı istehlakçılar üçün əlverişli olmasıdır.
-
LamzurQısa bir müddət əvvəl 70 illiyini qeyd etmiş Saransk şəhərində yerləşən “Lamzur” qənnadı fabriki ən yüksək tələblərə cavab verən müasir və aid olduğu bölgədə aparıcı olan müəssisədir. Biz ildən-ilə istehsal həcmlərini inkişaf etdirir, ən yaxşı Avropa avadanlığı ilə təchiz olunur, məhsul çeşidimizi genişləndirir, daima keyfiyyəti daha da artırır və Rusiyanın qənnadı sahəsinin ən yaxşı müəssisələri ilə ləyaqətli rəqabət aparırıq. Bu əsasən müəssisədə quraşdırılmış ən yaxşı Qərbi Avropa şirkətlərinin istehsalı olan unikal avadanlıq sayəsində mümkün olmuşdur. Həmin avadanlıq bizə yüksək keyfiyyətli və eksklüziv məhsulu istehsal etməyə imkan verir. “Lamzur” aydan aya satış sahəsini genişləndirir. Hal-hazırda fabrik ölkənin 70 bölgəsinə - Kalininqraddan Cənubi Saxalinə qədər birbaşa şirniyyat təchizatı ilə məşğul olur. 40-dan çox ölkədə bizim ticarət nümayəndəliklərimiz fəaliyyət göstərir. Son 5 il ərzində “Lamzur” məhsulu beynəlxalq sərgilərdə 9 qızıl medala, Rusiyada təşkil olunmuş sərgilərdə 9 qızıl medala, regional sərgilərdə isə 5 qızıl və 2 gümüş medallara layiq görülmüşdür.
-
LoradoKonservləşdirilmiş məhsul bazarına 50 ildən çox müddət əvvəl çıxmış “Lorado” brendi qısa bir zamanda aparıcı ticarət nişanlarından biri oldu və hal-hazırda həmin mövqeyini qoruyub saxlayır. “Lorado” ticarət nişanlı məhsul artıq 15 ilə yaxındır ki, Rusiyada, Ukraynada və köhnə SSRİ-nın digər ölkələrində uğurla satılır. Bunun səbəblərindən biri odur ki, şirkət istehlakçıların rəğbətini qazanmaq məqsədilə özü üçün sadə və effektiv yol seçmişdir: “Əlverişli qiymətə lazımi keyfiyyət”. “Lorado” ticarət nişanı Wünsche Handelsgesellschaft International MBH & Co KG adlı böyük Alman kompleksinə məxsusdur. Keyfiyyətə nəzarət “Lorado” TN ən mühüm prioritetlərindən biridir. Şirkətin Hindistanda və Çində nümayəndəliklərinin, həmçinin digər ölkələrdə nəzarətçilərinin olması məhsulun yığılmasından rəflərə düzülməsinə qədər istehsalın bütün mərhələlərində məhsulun keyfiyyətinə nəzarət etməyə imkan verir. “Lorado” TN seçərkən istehlakçı hər zaman əmindir ki, konservləşdirilmiş bankanın qapağını açdıqda orada dadlı və keyfiyyətli məhsul tapacaq. İstehsalda yalnız ləklərdən yeni yığılmış keyfiyyətli xammaldan istifadə, cəlbedici, yadda qalan etiket və ahəngdar ad, nadir və təkrarolunmaz dad, həmçinin məhsulun yüksək keyfiyyət standartlarına və sanitar-gigiyena tələblərinə uyğunluğu “Lorado” TN-na konservləşdirilmiş meyvə və tərəvəz bazarında ən məşhur nişanlardan birinin mövqeyini qoruyub saxlamağa imkan verir.
-
“Orşansk ət-konserv kombinatı” ASC“Orşansk ət-konserv kombinatı” (“OƏKK”) ASC – çox profilli emal kompleksi Belarus Respublikasının ən iri müəssisələrindən biridir. Şirkətimiz Belarus Respublikasında 6 aydan üç yaşa qədər olan uşaqlar üçün ət, ət-bitki və balıq-bitki konservlərinin yeganə istehsalçısıdır. “OƏKK” uşaq qidası üçün konservlərlə bərabər böyüklər üçün də konservlər istehsal edir. Belə konservlərin hazırlanması zamanı həmçinin ciddi mikrobioloji, radioloji və fiziki-kimyəvi nəzarətə məruz qalan YEKSƏK KEYFİYYƏTLİ ƏT XAMMAL istifadə edilir. Bütövlükdə istehsal olunan məhsulun çeşidinə 360 çox adda məhsul daxildir. Müəssisədə istehsal olunan məhsulun keyfiyyətinə və təhlükəsizliyinə dair tələblər müəyyən edən HACCP (Qida məhsullarının təhlükəsizliyi) sistemi və İSO 9001-2001 keyfiyyət menecmenti fəaliyyət göstərir, təşkilati və inzibati prosedurlardan istifadə edilir, kadr heyətinin məsuliyyəti və səlahiyyətləri paylaşır, bu isə öz növbəsində həm Belarus Respublikası ərazisində, həm də onun hüdudlarından kənarda, Rusiya, Ukrayna və Azərbaycan kimi ölkələrin istehlakçıları arasında müəssisənin məhsuluna dair illər boyu davam edən tələbatla təsdiqlənir. -
FinTur“Fin Tur” Qənnadı fabriki 2003-cü ildə yaradılmışdır və kiçik dövr ərzində müasir yüksək texnologiyalı və dinamik inkişaf edən istehsalata çevrilmişdir. Şirkət sufle qrupuna aid olan qənnadı məmulatlarının və şkoladda quru meyvələrin aparıcı istehsalçısıdır. Bizim əsas məqsədimiz: alıcılarımıza zövq və xeyir verən yüksək keyfiyyətli məhsul istehsal etməkdir. İstehsal olunan məhsulun çeşidi daim genişləndirilir. Hal-hazırda biz öz alıcılarımıza 80-dən artıq məşhur qənnadı məmulatları: quş südü, zefir, pastila, ikilaylı konfetlər, marmalad, qara gavalı, şokoladda qaysı qurusu və s. təqdim edirik.
Rəsmi veb-sayt: www.fintur.ru
-
Maspex“Maspex – Vostok” şirkəti baş ofisi Polşada yerləşən “Maspex Vadovitse” şirkətlər qrupunun bir hissəsidir. Qrupun tərkibinə səkkiz Polşa və doqquz xarici şirkət daxildir. 2009-cu ildə şirkətin dövriyyəsi 854 mln. Dollar təşkil etmişdir ki, bu da şirkətlər qrupunu qida sənayesində Polşa istehsalçıları arasında liderlərdən birinə çevirdi. “Maspex – Vostok” MMC 2002-ci ildə məşhur brendlərin Rusiya bazarına çıxarılması məqsədilə təsis edilmişdir. Biz ilk növbədə öz məhsulunun keyfiyyətinin qayğısına qalan dinamik inkişaf edən təşkilatın bir hissəsiyik, çünki şirkətimiz üçün əsas üstünlük – keyfiyyətdir. Şirkət özü özünə maksimal məqsədlər qoyur, çünki əmindir ki: bizim məhsullar bütün qiymət kateqoriyalarında yaxşıların yaxşısı olmalıdır. Bizim strategiya – tam keyfiyyətdir. Hal hazırda “Maspex – Vostok” MMC aşağıdakı məhsulları istehsal edir: Tedi, Tedi Play nektarları və içkiləri, Tumbark şirə tərkibli içkilər, LaFesta isti şokolad və “kapuçino”, Brumi kakaosu, Van kakaosu ilə içkilər, Coffeeta “Quru qaymaq”, Ekoland çay içkiləri, Nutti və Multimiks fındıq pastaları.
-
MerlettoSənaye kompleksi Sollich, Mohrbach alman firmalarının və Sapal İsveçrə firmasının yüksək texnoloji avadanlığı ilə təchiz olunmuşdur. “Merletto” qənnadı mərkəzinin istehsal potensialı sutka ərzində 50 tona yaxın şokoladlı konfet və batonlar istehsal etməyə, həmçinin, onları şəxsi anbar terminalında düzgün saxlamağa və şəxsi avtopark vasitəsilə müştərilərə təchiz etməyə imkan yaradır. Texniki vasitələrdən savayı istehsalatda zəruri rolu insan resursları da oynayır: bizim müəssisədə yalnız yüksək peşəkarlığa malik olan əməkdaşlar çalışır. Bizim məhsulumuz Rusiya bazarına 2009-cu ili on fevral ayında çıxarılmışdır. “Merletto” qənnadı mərkəzi – gənc, dinamik inkişaf edən şirkətdir ki, yarandığı gündən qarşısına bir məqsəd qoymuşdur: istehlakçıları yüksək keyfiyyətli ekoloji təmiz premium-sinfə aid olan, əla dada malik olan və istehlakçı üçün əlverişli qiymətə olan şokoladlı konfetlər və batonlarla təchiz etməkdir. “Luks” sinfinə aid olan təbii şokoladdan konfetlərin istehsal edilməsi zamanı eksklyuziv resepturanın və yeni texnologiyaların istifadəsi firmamızın vizit kartıdır. “Merletto” qənnadı mərkəzi “Amadis”, “Merletto”, “Angel sweets” ticarət markaları ilə premium-sinfə aid olan qənnadı məmulatlarını və “Merletto” şokoladlı batonlarını istehsal edir. Bizim məhsulumuz Rusiya Dövlət Standartının DÖST P Sertifikatlaşdırma sistemi üzrə uyğunluğun laborator sınaqlarından keçib və SanPiN № POCC RU.AE62.H02782 saylı 03.02.2009 il tarixli normativ sənədlərin tələblərinə uyğundur. Məhsullarımızın bütün çeşidi geni dəyişdirilmiş mənbələr istifadə edilmədən istehsal olunur, bu da müvafiq sertifikatla təsdiq olunur.
-
“Bulka qənnadı kombinatı” ASC“Bulka qənnadı kombinatı” ASC – Volqo-Vyatsk rayonunda qənnadı və çörək-bulka məmulatlarının ən iri istehsalçılarındandır. Müəssisə böyük məhsul çeşidini – suxarılar, suşkalar, vaflilər, pryaniklər, şirin və yulaf peçenyeləri, şərq şirniyyatları, zefir-pastil və çörək-bulka məmulatlarını istehsal edir. “BQK” ASC - qabaqcıl rus və xarici avadanlıqlar quraşdırılan və hal-hazırda idarə və prosseslərin təkmilləşdirilməsini həyata keçirilən müasir kombinatdır. 2008-ci ildə müəssisə öz menecment sistemini DÖST P İSO 9001-2001(İSO 9001:2000) tələblərinə uyğunluq üzrə sertifikatlaşdırmışdır. Kollektivin çörək-bulka və qənnadı sənayesində dünya təcrübəsinə yiyələnmək istəyi təbii mənşəli məhsullardan istifadə etməklə yüksək texnoloji xarici avadanlığı tətbiq etmək imkanını verir. İstehsalatın bütün mərhələlərində keyfiyyətə ciddi nəzarət olunur ki, bu da məhsulumuzun yüksək istehlakçı qabiliyyətinə malik olmasını təmin edir.
-
KaijaBizim müəssisəmizin 100 ildən artıq yaşı var. Biz Riqada ən iri balıq müəssisələrindən biriyik və 100-dən artıq növ məhsul, o cümlədən, aşpazlıq məhsullarını istehsal edirik.
-
Oşel“Oşel” qənnadı fabriki yüksək keyfiyyətli konfetlərin, yəni, ağ, südlü və tünd şokoladlı minada fındıq və quru meyvələrin istehsalında ixtisaslaşır.
-
PiyalePiyalə 1982-ci ildən Türkiyəninin əvəzedilməz ləzzətidir. 1922-ci ildən Türkiyədə ilk makaron istehsalından başlanan Piyalənin uğur hekayəsi illər ərzində məhsul dövriyyəsinə un, yarma, hazır şorba, pudinq, şirniyyat unu, mətbəx köməkçiləri və bulyon növləri də əlavə edilmişdir. Türk qida sektorunun ilk İSO 9001 keyfiyyət nişanını alan Piyalə, həmişə etdiyi yeniliklərlə də Türk qida sektorunun inkişafına təşəbbüskar olmuşdur. Məhsulun keyfiyyəti və ləzzəti ilə istehlakçının qəlbinı yol tapan Piyalə, “Piyalənin adı – ağzın dadı”, “Siz Piyalənin tərəfdarısınız?” və “Bax, biz bu ləzzətin arxasıyca gedirik” şüarları ilə də yaddaşlarda qalmışdır.Rəsmi veb-sayt: www.piyale.com
-
Altiparmak Gida1980-ci ildən arı məhsulllarının hazırlanması, qablaşdırılması və satışı məqsədilə yaradılmışdır. Bal və müxtəlif qida məhsulları satışını təşkilinə başladı. 1984-cü ildə ilk paketlərdə qablaşdırma müəssisəsini işə saldı və Balparmak markası altında istehsala başladı. 1986-cı ildə ilk analiz laboratoriyasını yaratdı. Bal laboratoriyasında diastaz və HMF nəzarəti aparmağa başladı. 1989-cu ildə İLİN ƏN ÇOX SATILAN bal markası oldu. 1994-cü ildə İstanbul Çekməköydəki yeni fabrikimizə köçdük və həmin ildən də ilk ixracata başladıq. 2003-cü ildən bu yana bir çox avropa ölkələrində və Amerikaya ixracı həyata keçirilır. 2004-cü ildə bal analizi laboratotiyası genişləndirilərək Avropanın ən müassir laboratoriyalarından biri oldu. Həmin il Dünya Arıçılar birliyi simpoziumunda ölkəmizi təmsil etmək məqsədilə çıxış edərək növbəti “ilk”ə imza atdıq. Altıparmak şirkəti eyni zamanda Beynəlxalq balqablaşdıranlar birliyi tərəfindən üzvlük alan ilk türk şirklətidir. Yarandığı vaxtdan bir çox "ilk"lərə imza atan və bal sektoruna başçılıq edən Altıparmak Türkiyədə ilk dəfə olaraq müasir texnologiya ilə qablaşdırılan balları bazara çıxarmışdır, bir çox milli və beynəlxalq mükafatlara sahib olan şirkət bu gün brendləri: Balparmak, Bindirçiçek ve Balkovan ilə daxili bazarın ən iri, beynəlxalq bazar sektorunda isə ən əhəmiyyətli iştirakçılarından biridir. -
Beşler pastaBeşler pasta Gaziantepdə yerləşən fabrikində geniş çeşiddə makaron məhsulları istehsal edir. Makaronun 100% bərk buğda unundan hazırlandığı müəssisə ən son texnologiya ilə təchiz olunmuşdur və istehsalın hər bir pilləsində peşəkar ekspertlər tərəfindən yoxlanılır. Avtomatik qablaşdırma maşınları sayəsində makaron istehlakçılara ən gigiyenik yolla beynəlxalq standartlara uyğun olaraq təqdim olunur. Beşler pasta öz istehlakçıları qarşısında məsuliyyətini bilir, keyfiyyəti və istehlakçıların məmnunluğunu hər şeydən üstün tutur. BEŞLER uzun illər boyunca qida sənayesinin müxtəlif sektorlarında əldə etdiyi inam və prestiji saxlayır və istehlakçılarına dəyişməyən yüksək keyfiyyətlə xidmət göstərərək makaron istehsalını davam etdirir.
Rəsmi veb-sayt: www.beslermakarna.com
-
Dr. Oetker1891-ci ildə Almaniyanın Bilefelt şəhərində əsası qoyulmuş, 9500-dən çox işçi qüvvəsi olan Dr. Oetker beynəlxalq səviyyədə fəaliyyət göstərən ticarət nişanlı qida şirkətidir. Ailə şirkətinin inkişafı ilə sahibkar ailə korporativ siyasətin formalaşdırılmasında əhəmiyyətli rol oynamışdır. Şirkət eyni zamanda beynəlxalq mərkəzləşmə ilə regionda özünü möhkəm kökə malik şirkət kimi görür. Dr. Oetker məhsulları bütün dünyada ən yaxşı ad-sana malikdir və hər zaman keyfiyyət, dad və zəmanət göstəricilərinin yüksək standartları ilə xarakterizə olunmuşdur. Bir neçə min müxtəlif məhsullar ilə Dr. Oetker GmbH yerli şirkətləri Qərbi və Şərqi Avropa, Şimali və Cənubi Amerika, o cümlədən Asiya və Afrikanın hissələrində mədəniyyətinə görə fərqlənən bazarlarda istehlakçıların tələblərinə cavab vermək istəyini yerinə yetirir.Rəsmi veb-sayt: www.oetker.com -
İntermakİntermak şirkətinin əsası 1990-cı ildə qoyulmuşdur və 20 ildən çox bir müddətdə süd və qida sənayesi sahəsində istehsalçı kimi fəaliyyət göstərir. Onun fəaliyyəti aşağıdakı kimi qruplaşdırıla bilər:
1. MİLKOL ve SELECTİVE: süd və qida sənayesi, xüsusilə süd istehsal edən zavod və fermalar üçün avadanlıqların istehsalı.
2. 2-PROVİTA, SUPER MAYA: pendir üçün qursaq mayası, stabilizator, emülqator və maya kimi qida əlavələrinin istehsalı.
3. İNTEM: süd emal edən zavodlar, qida istehsal edən zavod və fermalar üçün gigiyenik sənaye materiallarının istehsalı.
4. İstehsal çeşidinə daxil olmayan müvafiq qiymətli və keyfiyyətli məhsulların satınalınması.
Rəsmi veb-sayt: www.intermak.com.tr
-
SoyyigitSoyyigit ailəsi biznes dünyasına 1960-cı ildə Trabzonda daxil olmuşdur. Şirkət günbəgün sürətlə inkişaf edən ticari və iqtisadi vəziyyəti izləmək üçün İstanbula köçmüşdür. 2000-ci ilədək müxtəlif yerli və xarici firmaların diler və distribütoru kimi fəaliyyət göstərmişdir. 2000-ci ildə Kent Boringer ticarət nişanı altında Kirşan Qida istehsal etməyə başladı. Öz ticarət nişanları ilə məhsullarını satmağa və distribüsiyasını aparmağa başladıqda digər firmaların məhsullarının satışı və distribüsiyası ilə məşğul olmağı dayandırdı. Soyyigit hal-hazırda müasir avadanlıqlar sayəsində öz istehlakçılarını ixtisaslaşmış məhsullar ilə təmin edir.
Rəsmi veb-sayt: www.soyyigit.com.tr -
VerdeUlukartal ailəsi 1928-ci ildən etibarən Türkiyə Qida Sənayesində fəal olmuşdur. Zeytun yağı istehsalına başlanması ilə Türkiyədə və bütün dünyada istehlakçıları yaxşı keyfiyyətli məhsullarla təmin etmək üzrə ailə ənənəsini davam etdirirlər. Verde ticarət nişanı İtaliyada tanınan ticarət nişanı kimi öz adının zəngin tarixi ilə məhsullar təqdim edir. Təcrübə zənginliyi ilə Verde AS bu gün Türkiyə Qida Sənayesində aparıcı müəssisələrdən birinə çevrilmişdir. Verde AS Ulukartal ailəsi tərəfindən istehsal olunmuş yaxşı keyfiyyətli, dadlı Aralıq dənizi məhsullarının ənənsini davam edir. Gigiyena, keyfiyyət və sağlamlığın əhəmiyyətinə davamlı diqqət ilə Şirkət yerli və xarici bazar üçün standartlar müəyyən edir. Verde AS zeytun yağını öz ticarət nişanı altında ABŞ, Rusiya, Orta Şərq, Avropa Birliyi və Uzaq Şərq bazarlarına ixrac etmək üçün Türkiyənin birinci zeytun yağı istehsalçısı olması ilə şərəf duyur.
Rəsmi veb-sayt: www.olioverde.com.tr
-
MEMİS FOOD İND. TRADE LTDMEMİS FOOD İND. TRADE LTD 1971-ci ildə ailə biznesi formasında təsis olunmuşdur. İllər keçdikcə kapitalın artması ilə yerli və xarici bazarlar üçün müəssisə açılmışdır. Bizim siyasətimiz ekoloji cəhətdən sağlam istehsal texnologiyasından istifadə etməklə qida təhlükəsizliyi və insan sağlamlığını nəzərə alaraq ən münasib qiymətlərə ixtisaslı komandamızın köməkliyi ilə istehlakçıların tələblərinə uyğun olaraq istehsal olunmuş, beynəlxalq standartlara cavab verən, yüksək ixtisaslaşmış məhsulları təmin etməkdən ibarətdir. Məqsədimiz keyfiyyətin idarəedilməsi şərtlərinə cavab vermək, hədəfimiz fəaliyyətimizin davamlılığını təmin etməklə bütün dünyada üstün tutulan şirkətə çevrilməkdir.
Rəsmi veb-sayt: www.memisler.com.tr -
Ana GidaƏtraf mühitə həssaslıq və yüksək keyfiyyət düşüncəsi ilə qarğıdalı yağı və digər bitki mənşəli yağları istehsal edərək ölkə daxilində/ölkə xaricində bazara təqdim edən ana Gida, zeytun yağı sahəsində də Türkiyənin ilk zeytun yağı markası olan Komili (1878) ilə ləzzət və keyfiyyəti illərdən bəri istehlakçıya təqdim edir. Müxtəlif marka və qablaşdırmalarda ölkə xaricinə zeytun yağı ixrac edən Türkiyənin öndə gedən müəssisələrindən olan ana Gida, Uzaq və Orta Şərq ölkələri ilə yanaşı ABŞ və Avropa birliyi ölkələrinə də zeytun yağı satılır.
Rəsmi veb-sayt: www.anagida.com.tr
-
AZOV QƏNNADI FABRİKASIAzov qənnadı fabrikası, Şərq şirniyyatının (halva və kozinakinin) Rusiyada ən iri istehsalçısıdr. Müasir istehsalat texnologiyaları, yüksək keyfiyyəti təmin edərək genis məhsul çeşidi buraxmağa imkan verir. Şərq şirniyyatı yalnız təbii ekoloji cəhətdən təmiz inqredientlərdən istehsal olunur ki, bu da tərkibində çoxlu qida maddələri olan məmulatların dadverən və faydalı xassələrini təmin edir. Ənənəvi resepturaların və müasir texnologiyaların ingilis və alman istehsal xətləri əsasında birləşməsi, nəinki məhsulun əla dad keyfiyyətlərini əldə etməyə, həmçinin tərkibində olan vitamin və mineral maddələrin qorunub saxlanmasına imkan yaradır. Yaşdan və sosial qrupdan asılı olmayaraq, bütün insanların sağlamlığı üçün faydalı olan məhsulun istehsalı, müəssisənin fərqləndirici xüsusiyyətidir. Pravoslav orucuna riayət edən şəxslər bizim şirniyyatdan il ərzində istifadə etmək imkanına malikdirlər, cünki məhsulların tərkibində heyvan yağı yoxdur. AQF məhsullarını digər istehsalçıların məhsullarından dadına, xarici görünüşünə və hətta rənginə görə asanlıqla seçmək olar. Beləliklə, bu gün AQF əla keyfiyyətli məhsulu ucuz qiymətə buraxan müasir, böyük, ekoloji cəhətdən təmiz müəssisədir.
Rəsmi veb-sayt: www.azovkf.ru -
SunarSunar Mısır şirkəti 1986-cı ildə yaradılmışdır. İllər keçdikcə həcminin, keyfiyyət və texnologiyanın artması ilə Sunar Mısır inkişafını sabitləşdirməyə davam etdirdi. Hal-hazıradək Sunar Mısır müvəffəqiyyət qazanmağa və istehlakçıların tələblərinə uyğun olaraq yüksək keyfiyyətli məhsullar istehsal etmək üçün biliklər əldə etməyə çalışır.Rəsmi veb-sayt: www.sunarmisir.com










































































