Əlaqə
Ünvan: Bakı şəhəri, Keşlə qəsəbəsi, 2-ci eninə küçəsi 2
Tel.: (994 12) 447 71 22/33
(994 55) 447 27 00/01
(994 50) 225 37 77
(994 50) 225 75 76
Faks: (994 12) 447 26 61
E-poçt: info@veyseloglu.az
Web: www.veyseloglu.az
İstehsalat

 “Ulduz” Şokolad Fabriki
“Ulduz” Şokolad Fabriki 2001-ci ildə yaradılıb.Fabrikin işçi sayı 178 nəfərdən ibarətdir. Məhsullarımız yerli bazarda mövqeyini möhkəmləndirməklə yanaşı xarici bazarlarda da özünəməxsus alıcı kütləsi qazanmaqdadır. Hal-hazırda “Ulduz” fabrikinin çeşid-çeşid şokoladları MDB (Rusiya, Qazaxıstan və s.) və Gürcüstan kimi dövlətlərdə böyük təlabatla satılmaqdadır. Xarici bazarlarda məhsullarımıza olan rəğbətin bariz nümunələrindən biri kimi 9–13 fevral 2009-cu il tarixlərində Moskva şəhərində keçirilən “PRODEKSPO-2009” sərgisində “Ulduz” fabrikinin şokoladlarının qızıl medal qazanmasını göstərə bilərik.

“Sirab” Mineral Sular Zavodu
Naxçıvan MR Babək rayonunda yerləşən “Sirab” zavodu müasir texnologiyaların nailiyyətlərindən istifadə olunaraq tamamilə yenidən qurulmuşdur. Müasir avadanlıqlardan istifadə nəticəsində təbiiliyi qorumaq şərti ilə işlərinin sürətlənməsi və əl əməyindən istifadənin minimuma endirilməsi,istehsal gücünün artmasına səbəb olmuşdur. Zavodda hər birinin istehsal gücü saatda 8000 ədəd olan 3 xətt, istehsal gücü saatda 3000 ədəd olan 1 xətt, istehsal gücü saatda 6000 ədəd olan daha 1 xətt mövcuddur. Hal-hazırda 150 nəfər işçisi olan “Sirab” zavodu yüksək beynəlxalq standartlara cavab verən müalicəvi süfrə suyu olan “Sirab” mineral mədən sularını istehsal edərək yerli bazarla yanaşı Rusiya Federasiyasına, Ukrayna, Türkiyə və İran İslam Respublikasına ixrac etməkdədir. Babək “Sirab” ASC 2005-ci il may ayında İsveçrənin Cenevrə şəhərində “Biznesdə Yüksək Keyfiyyətə görə “ qızıl medalına layiq görülmüşdür. Həmçinin Babək “Sirab” ASC 2008-ci ilin fevral ayında İSO 9001:2000 beynəlxalq sertifikatını almışdır.
 
 
  • İstehsalat