Zaur Qarayev
İdarə Heyətinin üzvü (Kommersiya üzrə)

2003-cü ildə Veysəloğlu Şirkətlər Qrupu komandasına qatılan Zaur Qarayev hazırda “OBA” marketlər şəbəkəsində İdarə Heyətinin üzvü (Kommersiya üzrə) olaraq fəaliyyət göstərir.

Zaur Qarayev ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin “Kommersiya” fakültəsində “Beynəlxalq ticarət” ixtisası üzrə alıb.

Veysəloğlu Şirkətlər Qrupundakı 18 illik fəaliyyəti dövründə satış meneceri, Satış və Təchizat Departamentinin müdiri, Satış Departamentinin direktoru, Kommersiya Departamentinin rəhbəri, "VG" (Veyseloglu Georgia) şirkətinin baş direktoru vəzifələrində çalışıb.

Zaur Qarayev liderlik, maliyyə, satınalma, menecment, marketinq sahələri istiqamətində bir sıra təlimlərin iştirakçısı olan Zaur Qarayevin 2021-ci ildə çalışdığı “OBA” marketlər şəbəkəsi “İlin şirkəti” nominasiyasının qalibi olub.