Vüsal Əmrahov
İdarə Heyətinin sədri

2005-ci ildə Veysəloğlu Şirkətlər Qrupuna qatılan Vüsal Əmrahov bu illər ərzində satış müfəttişi, böyük bölgə müdiri, marketinq şöbəsinin müdiri, satış departamentinin direktoru, İdarə Heyətinin sədri, Baş direktorun satış üzrə müavini kimi çalışıb. Hazırda “Vesta-Horeka” şirkətinin İcraçı direktoru, İdarə Heyətinin sədri vəzifəsində fəaliyyətini davam etdirir.

Ali təhsilini Gəncə Dövlət Universitetinin “Siyasi tarix” fakültəsində alıb.

Fəaliyyət müddəti ərzində bir sıra satış və marketinq layihələrinə rəhbərlik edən Vüsal Əmrahov şirkətin bütün filiallarında satış heyətinə “çek-list”, “rəfdə və market daxilində zonalar” mövzularında təlimlər verib. Bölgə müdirliklərinin yaranması və inkişafı, Hasilat sisteminin qurulması və inkişafı, Pərakəndə potensial marketlərin yaranması və inkişafı, “OBA” marketlər şəbəkəsinin yaradılması və inkişafında böyük rolu olub.