Tural Cəfərli
İdarə Heyətinin üzvü (Maliyyə üzrə)

Maliyyə sahəsi üzrə 10 ildən artıq təcrübəyə malik olan Tural Cəfərli Veysəloğlu Şirkətlər Qrupuna 2021-ci ildən “Veysəloğlu Distribusiya” şirkətinin İdarə Heyətinin üzvü (Maliyyə üzrə) kimi qoşulub. Hazırda “AVT Logistics”də İdarə Heyətinin üzvü (Maliyyə üzrə) kimi çalışır, Maliyyə və Maddi vəsaitlər strukturlarına nəzarət edir.

Tural Cəfərli Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər” fakültəsində bakalavr, “Beynəlxalq ticarət” fakültəsində isə magistr təhsili alıb. Həmçinin mübadilə proqramı çərçivəsində bakalavr təhsilinin bir hissəsinə ABŞ-ın Şərqi Tennessi Dövlət Universitetində yiyələnib.

İqtisadi inkişaf üçün qiymətləndirmə və risklərin idarə olunması, siyasi elm və dövlət mövzularında beynəlxalq səviyyəli təlimlərin iştirakçısı olan Tural Cəfərli CPA (ABŞ-ın Sertifikatlı İctimai Mühasiblər Assosiasiyası) peşəkar kvalifikasiyasına sahibdir.

Tural Cəfərli müxtəlif vaxtlarda “EY”, “KPMG” şirkətlərində, “Deloitte” şirkətinin Azərbaycan və İsveç nümayəndəliklərində maliyyənin bir sıra istiqamətləri üzrə kimi çalışıb.