Könül Kərimova
İdarə Heyətinin üzvü (Maliyyə üzrə)

2022-ci ildə Veysəloğlu Şirkətlər Qrupu komandasına qatılan Könül Kərimova hazırda “OBA” marketlər şəbəkəsində İdarə Heyətinin üzvü (Maliyyə üzrə) olaraq fəaliyyət göstərir.

Könül Kərimova Azərbaycan Dövlət Dillər Universitetində “Rus dili və ədəbiyyat” ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və kredit” ixtisası üzrə magistr təhsili alıb.

O, müxtəlif illərdə “Colgate-Palmolive”, “Philip Morris” şirkətinin Azərbaycan və Ukrayna ofislərində, “Azertelecom”, “Azerconnect”, “Citynet”, “Azerfon”, “Landmark Hotel” kimi şirkətlərdə maliyyə və əməliyyatlar üzrə fəaliyyət göstərib.