Anar Adilzadə
İdarə Heyətinin sədri

Anar Adilzadə Veysəloğlu Şirkətlər Qrupuna 2019-cu ildə qatılıb. Hazırda “AVT Logistics”də İcraçı Direktor, eyni zamanda İdarə Heyətinin sədri vəzifəsində çalışır.

Anar Adilzadə Azərbaycan Dillər Universitetində “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr, Bakı Avrasiya Universitetində isə eyni ixtisas üzrə magistr təhsili alıb.

O, müxtəlif illərdə "ENGIN LTD", “YOM Logistics Azerbaijan” kimi şirkətlərdə fəaliyyət göstərib. Daha sonra Veysəloğlu Şirkətlər Qrupunda müxtəlif şöbə və departamentlərin müdiri, İcraçı Direktorun müavini kimi vəzifələri icra edib.