Ceyhun Nağıyev
İdarə Heyətinin üzvü (İnsan Resursları üzrə)

2022-ci ildən Veysəloğlu Şirkətlər Qrupunda fəaliyyətə başlayan Ceyhun Nağıyev “OBA” marketlər şəbəkəsində İdarə Heyətinin üzvü (İnsan Resursları üzrə) kimi çalışır. İnsan resursları, SƏTƏM, Təsərrüfat və Ümumi işlər strukturlarına rəhbərlik edir.

Ceyhun Nağıyev bakalavr təhsilini Milli Aviasiya Akademiyasında “Menecment” ixtisası üzrə alıb, bundan əlavə, ADA Universitetində və Niderland Krallığının Maastrixt İdarəetmə Məktəbində EMBA (Executive MBA) təhsili alıb.

O, İnsan Resursları sahəsində 10 ildən artıq təcrübəyə malikdir, müxtəlif illərdə “Azərsun Holdinq” MMC, “AXA MBASK” Sığorta Şirkəti ASC, Azərfon” MMC-də İnsan Resurslarının fərqli sahələri üzrə fəaliyyət göstərib, “Azerconnect” MMC-də İşçi Təcrübəsi Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

Ceyhun Nağıyev İnsan Resursları ilə bağlı bir sıra yerli və beynəlxalq təlim proqramlarının iştirakçısıdır.