- Haqqımızda
- Fəaliyyətimiz
- İnvestor Münasibətləri
- Media
- Karyera
- Cəmiyyətə dəyər yaratmaq
- Tenderlər
- Əlaqə
© 2023 Veysəloğlu Şirkətlər Qrupu
Developed by Virtual Azerbaijan
Sərvət Topaloğlu 1959-cu ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Uzun illər pərakəndə sahəsində çalışan Sərvət Topaloğlu 2018-ci ildən Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurası sədrinin müşaviridir.
Sərvət Topaloğlu Almaniyanın Darmştadt Texniki Universitetinin ENDÜSTRİ/Maşın Mühəndisliyi fakültəsindən məzun olub.
İş həyatına 1985-ci ildə “Mercedes-Türkiyə” şirkətində layihə mühəndisi kimi başlayıb. “Siemens Türkiyə” şirkətində 11 ildən artıq müddətdə rəhbər vəzifələr icra edib. Pərakəndə sektorunda karyerasına 1997-ci ildə “Real Hipermarketlər”in baş icraçı direktoru olaraq başlayıb. Sonralar bu sektorun böyük şirkətlərindən “Tansaş” supermarketler şəbəkəsində İdarə Heyətinin sədri, CarrefourSA-da supermarketlərdən məsul icra heyəti üzvü pozisiyalarında fəaliyyət göstərib.
Sərvət Topaloğlu müxtəlif illərdə Yaşar Holdinqin İdarə Heyətinin üzvü, Arena Kompüterin İdarə Heyətinin sədri, BİM-FİLE-də İdarə Heyətinin üzvü/məsləhətçi vəzifələrində də çalışıb. Eyni zamanda media sektorunun qabaqcıl şirkətlərindən olan Doğan Gazetecilik-in İdarə Heyətinin sədri və Müşahidə Şurasının üzvü olub. Hazırda fərqli sektorlarda mentor/kouç olaraq fəaliyyətini davam etdirir.
Akademik fəaliyyət də göstərən Sərvət Topaloğlu Bahçeşehir Universitetində magistratura tələbələri üçün "Pərakəndə idarəetmə" fənnini tədris edir.
Sərvət Topaloğlunun müəllifi olduğu “Perakendede Diriliği Kaybetmeden İrileşmek” (2008), “Perakendede Liderlik” (2016) kitabları pərakəndə sektorunda mənbə kimi müraciət edilən nəşrlərdir.