Bəxtiyar Allahverdi
Müşahidə Şurasının sədr müavini

Bəxtiyar Allahverdi 1971-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub.

Satış, distribusiya və pərakəndə sektorlarında geniş iş təcrübəsinə malik olan Bəxtiyar Allahverdi 30 ildən artıqdır gündəlik istehlak malları (FMCG) sahəsində rəhbər vəzifələrdə çalışır.

2006-cı ildən “Veysəloğlu Distribusiya” şirkətinin baş direktoru olan Bəxtiyar Allahverdi şirkətin inkişafına, bazarda mövqelənməsinə və sürətlə böyüməsinə töhfə vermişdir.

Bəxtiyar Allahverdi hazırda Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının sədr müavini və “Araz” supermarketlər şəbəkəsinin səhmdarlarından biridir.