- Haqqımızda
- Fəaliyyətimiz
- İnvestor Münasibətləri
- Media
- Karyera
- Cəmiyyətə dəyər yaratmaq
- Tenderlər
- Əlaqə
© 2023 Veysəloğlu Şirkətlər Qrupu
Developed by Virtual Azerbaijan
İlqar Nuri 1973-cü ildə Bakıda anadan olub.
Ali təhsilini Azərbaycan Texniki Universitetində “İnformasiya texnologiyaları (İT)” ixtisası üzrə alıb və 1995-ci ildə universitetdən fərqlənmə diplomu ilə məzun olub.
İlqar Nuri Veysəloğlu Şirkətlər Qrupuna 1997-ci ildə qatılıb. Karyerası ərzində o, İT mütəxəssis, Daxili Nəzarət, Maliyyə müşaviri, korporativ idarəetmə islahatları çərçivəsində yaradılan Biznesə Dəstək bölməsinin rəhbəri kimi vəzifələri icra edib. 2018-ci ilin noyabr ayından Şirkətlər Qrupunun Müşahidə Şurasının üzvüdür.
İlqar Nuri Şirkətlər Qrupunda müxtəlif innovativ layihələrin tətbiq edilməsində aktiv rol oynayıb. Avtomatik uçot sisteminin yazılmasını həyata keçirən İlqar Nurinin rəhbərliyi ilə Şirkətlər Qrupu avtomatlaşdırılmış mühasibat sisteminə keçid edib. İlqar Nuri Beynəlxalq Maliyyə Korporasiyası (BMK) ilə birlikdə korporativ idarəetmənin tətbiqi layihəsinə rəhbərlik edib, İFC ilə birlikdə Şirkətin Korporativ İdarəetmənin tətbiqi istiqamətində layihəsini işləyib hazırlayıb.
İlqar Nuri həmçinin LOGO və avtomatlaşmış anbar idarəetmə sisteminin (WMS) tətbiqinin rəhbəri olub, EBRD (2006) və DEG (2016-2017) ilə Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlığının qurulmasında birbaşa iştirak edib, Şirkətdə İFRS uçot sisteminin qurulmasına (2009-2011), “Deloitte Türkiyə” şirkəti ilə birlikdə beynəlxalq standartlara uyğun Maliyyə strukturunun yaradılmasına rəhbərlik edib.
Maliyyə, audit, korporativ idarəetmə və qiymətləndirmə ilə bağlı təlimlərdə iştirak etməsi onun peşəkar karyerasının inkişafına təkan verib.