Burak Dəniz
Müşahidə Şurasının üzvü və Qrup CEO

Burak Dəniz Veysəloğlu Şirkətlər Qrupuna baş icraçı direktor vəzifəsinə 2023-cü ildə təyin edilib. Burak Dəniz FMCG (gündəlik istehlak malları) sahəsində 24 illik təcrübəyə malik olan bir peşəkardır.

Burak Dəniz fəaliyyətinin 15 ilini aparıcı və beynəlxalq istehsalçı şirkət olan “Unilever”də Türkiyə, Orta Şərq və Şimali Afrika üzrə rəhbər vəzifələrdə çalışıb. Daha sonra Avropanın unlu məmulatlar üzrə ən iri şirkətlərindən biri sayılan “La Lorraine” şirkətinin Türkiyə bazarına daxil olmasına rəhbərlik edib. Bununla yanaşı, şirkətin Orta Şərq və Şimali Afrika bölgələri üzrə baş icraçı direktor vəzifəsini də icra edib.

Burak Dəniz həmçinin Türkiyənin böyük holdinqlərindən olan “Yıldız Holdinq”ə daxil olan şirkətlərin birinə rəhbərlik edib. Burak Dəniz yeni bazarlar, distribusiya, fabriklərin qurulması və strateji biznesin inkişafı üzrə beynəlxalq səviyyədə idarəetmə təcrübəsinə malikdir.