BAĞLA
site by dream@rt

TƏCRÜBƏ PROQRAMLARI

VİA-nın məqsədi (VİA – “Veysəloğlu” İlk Addım)
– Seçilmiş universitetin müvafiq fakültələrinin məzunlarını məşğulluqla təmin etmək;
– Şirkətlər qrupunun bir sıra departamentlərində mütəxəssis və üstü vəzifələr üzrə dayanıqlı işçilərlə təmin etmək.

VİA-nın müddəti
– Təcrübə, öyrənmə, inkişaf və dəyərləndirməni əhatə edən 5 aylıq müddət.

VİA-nın üstünlükləri
– “Veysəloğlu” MMC-nin aparıcı direktorluq, departamentlərinin hər birində mentorun istiqamətləndirməsi ilə öyrədici və ödənişli təcrübə;
– Orientasiya təlimləri də daxil olmaqla, ümumi idarəetmə, maliyyə idarəsi, İR idarəetməsi, logistika, hüquq, emosional intellekt, müştəri məmnuniyyəti, ünsiyyət və bu kimi əsas biznes vərdişlərinə əsaslanan təlimlər;
– Şirkət rəhbərlərinin dəvətli qonaq qismində cəlb edildiyi müzakirələr;
– Strateji düşünmə və təqdimat bacarıqlarının inkişafına yönəlmiş tapşırıqlar.


UNİVERSİTETLƏRLƏ ƏLAQƏLƏR

Universitetlər bizim uğurumuzun beşiyidir. Məhz bu səbəblə tələbələrin universitetlərdən qazandıqları nəzəri biliklərlə yanaşı, onların iş həyatından praktiki vərdişlər qazanmaları, iş ortamının gerçəklərinə uyğun yetişmələri üçün şirkətimiz universitelərlə daim qarşılıqlı əlaqələr içərisində fəaliyyət göstərib. Bu əməkdaşlıqdan həm şirkətimiz, həm universitetlər, həm də tələbələr faydalanıb.

Bu əməkdaşlıq həm VİA proqramı vasitəsi ilə, həm də tələbələrin daha qısa spesifik sahələr üzrə təcrübə əldə etmələri şəklində reallaşır.