BAĞLA
site by dream@rt

Veysəloğlu Şirkətlər Qrupu əlverişli iqtisadi mühit şəraitində daha da inkişaf edərək özünün istehsalat sahələrini yaratmışdır. Şirkət insan amilinə önəm verərək 2001-ci ildən etibarən şokolad və karamel iistehsalına başlamışdır. “Ulduz” şokolad fabrikinin fəaliyyətə başlaması respublikamızın iqtisadiyyatında qənnadı və yeyinti sahəsinin inkişafına güclü təkan verdi. Fabrikin fəaliyyətə başlaması daxili istehsala, qənnadı və yeyinti sənayesinə yeni keyfiyyət, yeni dad gətirdi.

Hər zaman istehlakçılara yüksək keyfiyyətli məhsullar təklif edən fabrikdə bu gün müasir standartlara cavab verən avadanlıqlar quraşdırılmışdır. Müəssisəmizdə yaradılan şərait, texnoloji avadanlıqların daim yenilənməsi “ULDUZ” şokolad fabrikini qida sənayesi sektorunda qabaqcıl şirkətlərdən birinə çevirmişdir.

İstehsal prosesində keyfiyyətə daim önəm verən şirkətin rəhbərliyi bunun üçün Almaniya, Belçika, İtaliya və bir sıra qabaqcıl Avropa ölkələrinin tanınmış şokolad istehsalçılarının fəaliyyət mexanizmini öyrənmiş və fabrikdə yeni müasir avadanlıqlar quraşdırılmışdır. Tamamilə avtomatlaşdırılmış, müasir qurğuların istismara verilməsi sayəsində məhsul istehsalı artırılmış və fabrikdə dünyanın an qabaqcıl müəssisələri ilə raqabət apara biləcək modern iş şəraiti qurulmuşdur.