BAĞLA
site by dream@rt
 

Korporativ Sosial Məsuliyyət (KSM) nədir?

Korparativ Sosial Məsuliyyət (KSM) şirkətlərin tərəfdaşları ilə münasibətlərdə sosial və ətraf mühit məsələləri üzrə öhdəliyini əks etdirən menecment konsepsiyasıdır. KSM şirkətin öz fəaliyyətində sosial, ictimai və ətraf mühit məsuliyyətini necə dərk etdiyini və bu istiqamətdə müvafiq tədbirlərin icrası səviyyəsini xarakterizə edir. KSM həmçinin cəmiyyətin və ətraf mühitin qorunmasına və inkişaf etməsinə yönələn könüllü davranış mədəniyyətidir. Yəni, şirkətlərin kommersiya maraqları ilə yanaşı cəmiyyətdə malik olduqları sosial rol ön plana keçirilir.

KSM-in tətbiqi zərurəti

Bazar iqtisadiyyatında baş verən son gedişlər KSM-in tətbiqini zəruri edir. Belə ki, bazarda istehlakçıların seçim meyarlarında və tərədaşlar arasındakı münasibətlərdə yalnız kommersiya maraqları deyil, şirkətin cəmiyyət və tərəfdaşları qarşısında sosial öhdəlikləri də yer almağa başlayıb. Bununla yanaşı KSM-in tətbiqini zəruri edən amillər

Beynəlxalq təcrübəyə əsasən KSM-in prinsipləri:

• Cavabdehlik. Bu prinsipə əsasən şirkət öz fəaliyyətinin cəmiyyət və ətraf mühit üzərində təsirlərinə görə cavabdehlik daşımalıdır.;

• Şəffaflıq. Şirkət cəmiyyətə və ətraf mühitə təsir edən qərarlarında və fəaliyyətlərində şəffaflığı təmin etməlidir.;

• Etik fəaliyyət. Şirkətin fəaliyyəti doğruluq, insaflılıq və toxunulmazlıq kimi etik prinsiplər üzərində qurulmalıdır;

• Tərəfdaşların maraqlarına hörmət. Şirkət öz tərəfdaşlarının maraqlarına hörmətlə yanaşmalı, gündəlik fəaliyyətində nəzərə almalı və  bu sahədəki  müvafiq  tələblərə cavab verməldir.;

• Qanunun aliliyinə hörmət. Şirkət qəbul etməlidir ki, qanunvericiliyin göstərişləri məcburidir və onlara əml edilməlidir.;

• Fəaliyyətin beynəlxalq prinsiplərinə hörmət. Şirkət öz milli qanunvericiliyin tələblərinə cavab verməklə, öz fəaliyyətinə dair beynəlxalq normalara da mümkün qədər əməl etməyə cəhd göstərməlidir.;

• İnsan hüquqlarına hörmət. Şirkət insan haqqlarına hörmətlə yanaşmalı vacibliyin və ümumbəşəri əhəmiyyətini qəbul etməlidir.

Gənclərin cəmiyyətdə layiqli yer tutması, bunun üçün lazımi şəraitin yaradılması, onların bilik və bacarıqlarının artırılması, potensialının reallaşdırılması daim dövlətin diqqət mərkəzində olub. Azərbaycanın qida sektorunda xüsusi rolu və yeri olan “Veysəloğlu” şirkətlər qrupu da daim gənclərə xüsusi önəm verib. 2018-ci ilin fevral ayına şirkətlər qrupunda çalışan 17-35 yaş aralığında olan işçilər 80% təşkil edir. Şirkət əməkdaşlarının 64%-i isə 17-29 yaş aralığında olan gənclərdən ibarətdir. Bu isə o deməkdir ki, “Veysəloğlu” Şirkətlər Qrupunda çalışan əməkdaşların yarıdan çoxu gənclərdir. Hər zaman inkişaf etməkdə olan şirkət daim gənclərə dəstək olub və gənclərlə birlikdə inkişaf edib. Belə ki, “Veysəloğlu” Şirkətlər Qrupu işçi heyyətin bilik və bacarığının, peşəkar səviyyəsinin artırılmasına daim böyük əhəmiyyət verir. Bunun üçün öz hesabına ölkə daxilində və xaricdə kurslar, seminarlar, təlimlər təşkil edir, müxtəlif tədbirlər həyata keçirir.

Şirkət respublikanın ali təhsil müəssisələrinə yüksək bal ilə qəbul olmuş işçilərnin və ya onların övladlarının təhsil haqqı ödənişlərinə, eyni zamanda əməkdaşlarının xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan övladlarının təhsil almalarına da daim yardımçıdır. Veysəloğlu Şirkətlər Qrupu 2013-cü ildən etibarən “Veysəloğlu Tələbə Təqaüd Proqramı”nı (VTTP) həyata keçirməkdədir. Təqaüd Proqramına əsasən şirkət əməkdaşlarının ölkə daxilində və xaricdə ali təhsil müəssisələrinə qəbul olmuş övladlarına təhsilə dəstək məqsədilə aylıq və illik təqaüdlər ödənilir. Hazırda 50 nəfərdən artıq tələbə VTTP üzvüdür və inanırıq ki, yaxın gələcəkdə bu proqrama qoşulanların sayı artacaqdır.

Həmçinin şirkətlər qrupunda əməkdaşlarımızın şəxsi və peşəkar inkişaflarına yönəlik təlimlər, müxtəlif tədris layihələrinin təşkili ilə məşğul olan “Veysəloğlu İnkişaf Mərkəzi” (VİM) fəaliyyət göstərir. Bu mərkəzin fəaliyyəti demək olar ki, kollektivin motivasiyasına ciddi təsir göstərməkdədir.

Daha sonra universitetlərlə birgə layihələr həyata keçirir, proqramlarda iştirak edirik. Bu əməkdaşlıqlar çərçivəsində aktiv olan vakansiyalarımızı, uyğun məzunların şirkətə cəlb olunması məqsədi ilə universitetlərlə bölüşürük. Eyni zamanda, “İnfotur”lar təşkil edərək tələbələri şirkətə dəvət edib, onları şirkətlər qrupumuz barəsində məlumatlandıraraq, İR departamentimizin fəaliyyətləri, işə qəbul prosesi, karyera imkanları, şirkətlərin gənclərdən gözləntiləri barəsində informasiya veririk.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ali təhsil müəssisələrində tələbələr və məzunlar üçün “Karyerada ilk addım” devizi altında həyata keçirilən məşğulluq yarmarkalarında da aktiv iştirak edirik.

Hər il olduğu kimi 2018-ci ildə də Şirkətlər Qrupunun Koorporativ Sosial Məsuliyyət (KSM) layihələri işlənib hazırlanmışdır. Əsas məqsəd dövlət və bir çox QHT alyansları tərəfindən həyata keçirilən layihələrə dəstək olmaq, bir şirkət olaraq korporativ məsuliyyət borcunu yerinə yetirməkdir. Cəmiyyətin xüsusi istedadlı gəncləri, aztəminatlı təbəqələrinin sosial problemlərinin həlli istiqamətində icra olunacaq işlərin ardıcıllığını təmin edəcək layihədə 4 proqram əks olunmuşdur. 

 

“Gələcəyimiz ulduz kimi parlasın!”;

“Unudulmayanlar proqramı”;

“İstedadlı gənclər proqramı”;

“Qayğının zamanı yoxdur proqramı”

 

Bu proqramlar sayəsində əsasən şəhid ailələrinin, Qarabağ əlillərinin, valideynini itirmiş və ya maddi imkanı aşağı olan potensiallı tələbələrin sosial-iqtisadi problemlərinin, eyni zamanda şirkətə yardım və dəstək ilə bağlı ünvanlanmış müraciətlərin həllinə yönəlmişdir. Şirkətlər Qrupumuz bu kimi KSM layihələrinin və digər Proqramların həyata keçirilməsində daim gənclərə önəm verərək, onlara dəstək olmağa çalışmışdır.

Təhsil və cəmiyyətə töhfə verilməsi bizim korporativ sosial məsuliyyət siyasətinin təməl sütunlarından biridir. KSM sadəcə sosial və ya ətraf mühit dəyərlərinin deyil, həmçinin korporativ dəyərin yaradılmasında və inkişafında mühüm amildir. Veysəloğlu Qrupda KSM layihələri çərçivəsində “Veysəloğlu konüllüləri” fəaliyyəti göstərir ki, bu könüllülər mütəşəkkil qaydada müvafiq plan əsasında fəaliyyət göstərir.