BAĞLA
site by dream@rt
 

Əlverişli biznes şəraitinin olduğu və sosial-iqtisadi inkişafın vüsət aldığı bir dönəmdə özəl sektorun yaranması ölkə iqtisadiyyatına öz müsbət töhvəsini verməkdə idi.

1994-cü ildən topdan satış mərkəzi kimi fəaliyyətə başlamış “Veysəloğlu” satış və distribüter şirkəti ilk illərində yalnız Türkiyə Respublikasından qida məhsullarının idxalı ilə məşğul olurdu. Düzgün hədəf, düzgün seçim, düzgün qərar və birgə iş bu şirkəti uğurdan-uğura aparırdı. Mehriban kollektiv və məsuliyyətli yanaşma qarşıya qoyulmuş hədəfləri dəf etməyə yardımçı olurdu.

İldən-ilə inkişaf edərək, qısa müddət ərzində dövrün tələblərinə uyğun müasir texnologiya ilə təchiz olunaraq geniş ticarət şəbəkəsi qurmuş “Veysəloğlu” satış və distribüter şirkəti hazırda yüksək səviyyəli xidməti ilə seçilən müasir ticarət holdinqinə çevrilib.

Şirkətimizin Bakı şəhərində yerləşən mərkəzi anbarı, Cənub bölgəsini əhatə edən Salyan filialı, Qərb bölgəsini əhatə edən Mingəçevir filialı fəaliyyət göstərməkdədir. Mərkəzdən uzaqda yerləşsələr də, hər iki filial dövrün tələblərinə uyğun ən son texnoloji vasitələrlə təchiz olunub.