BAĞLA
site by dream@rt
 

“Veysəloğlu” Qrup şəhid ailəsinin evini təmir etdirdi

26.09.2018

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Firudin Qədimovun Nizami rayonu Keşlə qəsəbəsindəki evi əsaslı şəkildə təmir olunaraq, ailəsinə təhvil verilib. “Veysəloğlu” Qrup rəhbərliyinin tapşırığına əsasən M.H.Kazımov küçəsi 19-da yerləşən və hazırda şəhid anasının yaşadığı evdə yasayış üçün hər cür şərait yaradılıb.

“AVT construction” tikinti şirkətinin həyata keçirdiyi təmir işlərindən sonra, “Veysəloğlu” Qrup əməkdaşları şəhid anasını ziyarət edib, onun yaşayış vəziyyəti və digər ehtiyacları ilə maraqlanıb.

Qeyd edək ki, şəhid Firudin Qədimovun ailəsi üçün bir otaq, bir mətbəxdən ibarət evin tikintisinə iyul ayından başlanılıb. Aparılan təmir nəticəsində ev tamamilə yenidən qurulub, döşəmə və tavan təzələnib, həmçinin evin divar örtüyü yenilənib.

Xatırladaq ki, “Veysəloğlu” Qrup KSM layihələri çərçivəsində daim şəhid ailələri və Qarabağ qazilərini diqqət mərkəzində saxlayır, onların yaranmış çətinliklərinin həll olunmasında yaxından iştirak edir.