BAĞLA
site by dream@rt
 

Şirkətimizin mütəxəssisi tələbələr üçün master-klass keçib

20.05.2019

Veysəloğlu Şirkətlər Qrupunun ölkəmizin ali təhsil müəssisələri ilə əlaqələri gedərək genişlənməkdədir. Bu əməkdaşlıq çərçivəsində Veysəloğlu MMC-nin İnsan Resursları Karyera və Təlim üzrə mütəxəsisi, BMU-nun məzunu Tünzalə Xosrofova tərəfindən “İnsan Resurslarının planlanması” mövzusunda “master-klass” keçirilib. Görüş zamanı tələbələrə mövzu ilə əlaqədar geniş məlumat verilib və insan resurslarının planlanması sahəsində korporativ sektorda tətbiq olunan ən son innovativ metodlardan bəhs edilib. Görüş tələbələrin çox saylı sualları cavablandırılmaqla interaktiv formatda keçirilib.

Sonda tələbələr olduqca maraqlı olan “master-klass”ın təşkili üçün Veysəloğlu MMC –nin rəhbərliyinə və kollektivinə təşəkkürlərini bildiriblər. Qeyd etməliyik ki, təhsil müəssisələri ilə bu formatda olan görüşlər gələcəkdə də davam etdiriləcəkdir.