BAĞLA
site by dream@rt
 

Şirkətlərimiz Gəncə şəhərində Karyera sərgisində iştirak edib

27.05.2019

Azərbaycan Texnologiya Universitetində (UTECA) Məzun Günü keçirilib. Bu münasibətlə UTECA-da “Karyeraya bizimlə başla!” devizi altında məzun yarmarkası da təşkil edilib. İşaxtaran məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələri gücləndirmək, gənclərin əmək bazarına inteqrasiyasını asanlaşdırmaq məqsədilə təşkil edilən yarmarkada Azərbaycan Texnologiya Universitetinnin məzunları ilə yanası Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə Dövlət Universitetinin və Humanitar Kollecin məzunları da istirak ediblər.

Universitetin rektoru, professor Akif Süleymanov qeyd edib ki, bu il - 45-ci buraxılışda UTECA-nı 570 məzun bitirir. Həmçinin bu il universitetdə 37 magistr da məzun olur.

Veysəloğlu MMC, OBA Retail Chain MMC və AVT Logistika MMC-nin İnsan resursları şöbəsinin nümayəndələri də bu tədbirdə yaxından iştirak edib. Namizədlər tərəfindən stendimizə olan maraq yüksək olub. Nümayəndələrimiz şirkətin fəaliyyət istiqaməti, şirkətdəki mövcud vakansiyalar və təcrübə proqramları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib və müraciət edən namizədlərin CV-lərini dəyərləndirmək üçün qəbul ediblər.