BAĞLA
site by dream@rt
 

“Veysəloğlu” Şirkətlər Qrupunun da tərəfdaşı olduğu Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Xəzərin sahilində-2018” tədbiri keçirilib.

23.07.2018

ABA-dan AzərTAC-a bildiriblər ki, 2017-ci ildən başlayaraq keçirilən motivasiya xarakterli bu tədbir əldə olunan nailiyyətlərin kollektiv əməyin nəticəsi olduğunu, həmçinin qarşıda duran hədəflərə çatmaq üçün birliyin önəmini vurğulayan “Uğurlusan-BİRLİKDƏ” adı ilə baş tutub. Tədbirdə motivasiya xarakterli təlim və əlaqədar oyunlar, fərqli əyləncəli müsabiqələr təşkil olunub.

“Zolotaya Korona” şirkətinin baş sponsorluğu ilə keçirilən tədbirdə 50-yə yaxın təşkilatdan 150 nəfərdən çox nümayəndə iştirak edib. Tədbirin tərəfdaşları sırasında “Antaris”, “İncəbelli”, “Zadagan”, “Veysəloğlu”, “Ballı”, “La Aristocratie”, “Andrew's ties” şirkətləri olub.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

 

Veb saytlar