BAĞLA
site by dream@rt
 

"Veysəloğlu" Şirkətlər Qrupu və "Ulduz" şokolad fabriki 22 iyul - Milli Mətbuat günü münasibətilə media mənsublarını təbrik edib

22.07.2014

"Veysəloğlu" Şirkətlər Qrupu və "Ulduz" şokolad fabriki 22 iyul - Milli Mətbuat günü münasibətilə media mənsublarını təbrik edib. Milli Mətbuatın 139 illiyi münasibəti ilə təşkil edilmiş tədbirdə jurnalistlərə hədiyyələr təqdim edib.

Tədbirdə çıxış edən şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov jurnalistlərə işlərində uğurlar arzulayaraq, bu tədbirin təşkil edilməsinin "Veysəloğlu" Şirkətlər Qrupu və "Ulduz" şokolad fabrikinin media təmsilçilərinə verdiyi dəyərin kiçik təzahürü olduğunu söyləyib.

Qeyd edək ki, tədbirdə ölkənin tanınmış qəzet və internet saytlarının redaktorları iştirak ediblər.

Jurnalistlər isə öz növbəsində tədbirin təşkilatçısı olan "Veysəloğlu" Şirkətlər Qrupu və "Ulduz" şokolad fabrikinin rəhbərliyinə media nümayəndələrinə göstərdiyi diqqətə görə minnətdarlıqlarını bildiriblər.