BAĞLA
site by dream@rt
 

Veysəloğlu şirkəti 14 əməkdaşını “Roma”-“Qarabağ” matçını izləmək üçün İtaliyaya göndərməklə mükafatlandırıb

05.12.2017

Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin son oyunları keçiriləcək. Qitənin ən nüfuzlu klub turnirində C qrupunda mübarizə aparan “Qarabağ” futbol klubu sonuncu görüşündə “Roma” komandası ilə qarşılaşacaq. Bu qarşılaşma Veysəloğlu şirkətinin bəzi əməkdaşları üçün də əlamatdar olacaq. Belə ki, sözü gedən şirkət nə az, nə çox, düz 14 əməkdaşını Şölen, ETİ və Nestle fabriklərinin dəstəyi ilə “Roma”-“Qarabağ” matçını  canlı izləmək üçün İtaliyaya göndərib.

Roma Olimpiya stadionundan oyuna canlı baxmaq şansını əldə edənlər Veysəloğlu şirkətinin satış təmçiləridir ki, onlar ay ərzində işlərini layiqincə yerinə yetirdikləri və satış hədəflərini maksimum icra etdikləri üçün motivasiya məqsədilə bu mükafata layiq görülüblər.
Qeyd edək ki, “Roma”-“Qarabağ” oyunu Bakı vaxtilə saat 23:45-də başlayacaq.