BAĞLA
site by dream@rt
 

“Veysəloğlu” Şirkətlər Qrupu Bilgəh Qocalar Evində olub

01.03.2014

“Veysəloğlu” Şirkətlər Qrupu xalqımızın min illər boyu qoruyub saxladığı və dəyər verdiyi Novruz bayramı münasibətilə Bilgəh qəsəbəsində yerləşən Qocalar Evində olub. Şirkət rəsmiləri bayram münasibəti ilə Qocalar Evinin sakinlərini təbrik edərək onlar üçün bayram süfrəsi təşkil etmiş və bayraqm sovqatı təqdim ediblər.   

Tədbirdə çıxış edən Şirkət rəhbərliyi hər zaman əhalinin sosial həssas qrupunun daim dövlət qayğısı ilə əhatə olunduğunu, bu kateqoriyadan olan insanların ölkə rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanıldığını və bu işlərdə özəl sektor təmsilçilərinin də hər zaman dövlətin siyasətini dəstəklədiyini vurğulayıblar.

Ömürlərinin ahıl yaşında talelərinə Qocalar Evində yaşamaq düşmüş bu insanlar hər zaman onları yada salmış “Veysəloğlu” şirkərinin bu səfərindən məmnun qalaraq, göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını ifadə etmişlər.