BAĞLA
site by dream@rt
 

Veysəloğlu ailəsində daha bir dünya çempionu

12.01.2018

Ukraynanın Xarkov şəhərində 30 noyabr - 1 dekabr tarixində keçirilən idmanın Sanda növü üzrə Dünya çempionatında Veysəloğlu Şirkətlər Qrupunun Satış Departamentinin əməkdaşı Azər Əliyevin övladı Xəzər Əliyev də iştirak edib. Yarışda 52 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız bütün rəqiblərini məğlub edib və dünya çempionu adını qazanıb. Belə ki, 20 yaşlı sandaçı ilk görüşünü Almaniya təmsilçisinə qarşı keçirib və bu dueldən inamlı qələbə ilə ayrılıb. İkinci görüşdə meydan sahib ukraynalı ilə döyüşən təmsilçimiz məharətlə rəqibini məğlub etməyi bacarıb. Həlledici, yəni final qarşılaşmasında Xəzər Əliyev serbiyalı sandaçı ilə qüvvəsini sınayıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşü həmyerlimiz qələbə ilə başa vurub və Dünya çempionatının qızıl medalına sahib çıxıb.

Qeyd edək ki, Dünya çempionatında 28 ölkədən ümumilikdə 950 idmançı birincilik uğrunda mübarizə aparıb.

Xatırladaq ki, bundan öncə Xəzər Əliyev Dünya kubokunun qalibi, Avropa çempionatının ikincisi və Respublika çempionatının 2 qat çempionu olub.

Veysəloğlu Şirkətlər Qrupu olaraq əməkdaşımızın övladının dünya çempionu olması münasibəti ilə təbrik edir və gələcək yarışlarda uğurlar arzu edirik.