BAĞLA
site by dream@rt
 

“Veysəloğlu” Şirkətlər Qrupu “Həyəcan siqnalı” adlanan Flaşmob təşkil etmişdir

19.08.2014

Azərbaycanın qida sektorunda xüsusi rolu və yeri olan “Veysəloğlu” Şirkətlər Qrupunun yaranmasından 20 il ötür. Bununla əlaqədar olaraq şirkət rəhbərliyi silsilə tədbirlər həyata keçirməyi nəzərdə tutur.

Bu tədbirlərdən biri də “Həyəcan siqnalı” adlanan və şirkətin gənc əməkdaşları tərəfindən maraqla qarşılanan FlaşMob idi. Təşkil edilmiş FlaşMob zamanı şirkətin həyətinə toplaşmış heyət onlarla gəncin öz iş geyimində rəqsinə şahidlik edib.

Flaşmobun sonunda “20 ildir sevginizlə böyüyürük” şüarı ilə açılan stend və atəş-fəşanlıq alqışlarla xüsusi müşaiyət olunub. Xatırladaq ki, şirkətlər qrupu yubiley tədbirlərini ilin sonuna qədər davam etdirəcək.