BAĞLA
site by dream@rt
 

“Veysəloğlu” Şirkətlər Qrupu bir qrup media nümayəndələri üçün Qəbələ və Oğuz rayonlarına info-tur təşkil etdi

06.09.2014

“Veysəloğlu” Şirkətlər Qrupunun təşkilatçılığı və dəstəyi ilə 5-6 sentyabr 2014-cü il tarixində respublikanın aparıcı bir qrup media nümayəndələri üçün Qəbələ və Oğuz rayonlarına info-tur təşkil olunmuşdu. İnfo-turun əsas məqsədi KİV nümayəndələri üçün maraqlı və yadda qalan mənalı səyahət təşkil etmək və onların istirahətini təmin etmək idi.

"Veysəloğlu” MMC-nin 20 illik yubileyi çərçivəsində təşkil olunmuş İnfo-turda jurnalistlər üçün Şirkətlər Qrupunun fəaliyyət istiqaməti və tarixi barədə qısa məlumat verilərək onlara tanıtım filmi nümayiş olunub.

Tur çərçivəsində mətbuat nümayəndələri üçün füsunkar turizm mərkəzləri olan Qəbələ və Oğuz rayonlarında əsl istirahəti yaşandı. Bir sözlə, media mənsublarının həftə sonunu çox gözəl və unudulmaz keçirmələri üçün hər bir şərait yaradılmışdı.