BAĞLA
site by dream@rt
 

“Veysəloğlu” MMC “Dəyərlərlə İdarəetmə” layihəsinin icrasına başladı

19.09.2014

“Veysəloğlu” MMC 2014-cü ilin may ayında İnsan Resursları Departamentinin təşkilatçılığı ilə şirkət dəyərlərinin qəbul edilməsi və şirkət əməkdaşları arasında təbliği məqsədilə 7 ay müddətində davam edəcək “Dəyərlərlə İdarəetmə” layihəsinə başladı.

Şirkətlər qrupunun struktur bölmə rəhbərlərinin iştirakı ilə həyata keçirilən şirkət dəyərlərimizin qəbul edildiyi ilk görüş layihəninin başlanğıcı oldu. Layihə çərçivəsində “Birlik, Bütövlük, Bağlılıq”, “Yenilikçi, Yaradıcı və Öncül olmaq”, “Liderlik” mövzularında şirkətimizin 210 nəfər əməkdaşına təlimlər keçirildi.

Şirkət dəyərlərinin qəbul edilməsi və təbliği məqsədilə həyata keçirilən bu layihə müxtəlif mövzularda təşkil olunan təlimlərlə 2014-cü ilin sonunadək davam edəcək.