BAĞLA
site by dream@rt
 

Şahmatçımız Yunanıstanın Kavala şəhərində məktəblilər arasında keçirilən Dünya Çempionatının qalibi olmuşdur

13.07.2014

13-17 iyun 2014-cü il tarixlərində Yunanıstanın Kavala şəhərində şahmat üzrə məktəblilər arasında  Rapid və Blits üzrə Dünya çempionatı keçirilmişdir. Bu çempionatda göstərdikləri nəticələrə görə, Kənan Qarayev  Rapid üzrə  1-ci yerə, Blits üzrə  3-cü yerə layiq görülərək medal, diplom və mükafatlarla təltif edilmişdir. Bu yarışda 12 ölkəni təmsil edən 47 zəka sahibi mübarizə aparırdı.

Şahmat idman növündə şirkətimizin dəstək olduğu Kənan Qarayev 12 yaşadək oğlanlar arasında daha bir yarışda, 01.06.2014 -11.06.2014-cü il tarixi aralığında Bakı şəhərində keçirilən Azrəbaycan birinciliyində yüksək nəticələr göstərərək 2-ci yerə layiq görülmüşdür.

Gənc idmançımızı bu uğuru münasibəti ilə Veysəloğlu Şirkətlər Qrupunun kollektivi adından təbrik edir və daha yüksək nailiyyətlər əldə etməsini arzulayırıq.