BAĞLA
site by dream@rt
 

Şahmatçımız klassik şahmat üzrə Avropa çempionatında 3-cü yerə layiq görülmüşdür

13.06.2014

13-17 iyun 2014-cü il tarixi aralığında Yunanıstanın Kavala şəhərində şahmat üzrə məktəblilər arasında  Rapid və Blits üzrə Dünya çempionatında daha bir şahmatçımız yüksək nəaliyyətlərə imza atmışdır. Dünyanın 12 ölkəsini təmsil edən 47 zəka sahibinin mübarizə apardığı yarışmada şirkətimizin Hasilat şöbəsinin əməkdaşı Süleymanov Elşən Aydın oğlunun övladı Aydın Süleymanlı Rapid üzrə 7-ci yerə, Blits üzrə 2-ci yerə layiq görülmüşdür.

17-26 iyun 2014-cü il tarixi aralığında keçirilən klassik şahmat üzrə Avropa çempionatında isə 3-cü yerə layiq görülərək kubok, medal və diplomlarla təltif edilmişdir. Gənc şahmatçılarımızı bu uğurlarına görə Veysəloğlu Şirkətlər Qrupunun kollektivi adından təbrik edir, valideynlərinin sevincinə şərik olur və uğurlarının davamını diləyirik.

Ümidvarıq ki, şirkətimizin dəstək olduğu digər idmançılarımız da təmsil etdikləri idman növləri üzrə gələcək yarışlarda uğurla çıxış edərək yüksək nailiyyətləri ilə bizləri sevindirəcəklər.