BAĞLA
site by dream@rt
 

Tələbələrarası “Ulduz” Məntiq Olimpiadasının qalibləri mükafatlandırıldı

06.12.2014

Ulduz Şokolad Fabrikinin sponsurluğu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Kainat” Tədris Mərkəzinin təşkilati dəstəyi ilə tələbələrarası “Ulduz” Məntiq Olimpiadası layihəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirildi.

“Veysəloğlu” Şirkətlər Qrupunun yaradılmasının 20-ci ildönümünə həsr olunmuş tədbirlər silsiləsi çərçivəsində həyata keçirilən bu layihəyə müxtəlif təhsil müəssisələrində təhsil alan 500-ə qədər tələbə qatılmışdır.

Tədbirdə çıxış edən fabrik rəhbərliyi qeyd etmişdir ki, Ulduz Şokolad Fabriki hər zaman gənclərə dəstək vermiş, onların bilik və bacarıqlarının müəyyən edilməsi və artırılması istıqamətində silsilə tədbirlərini bundan sonra da davam etdirəcəkdir.

Sonda qaliblər müxtəlif hədiyyələr ilə mükafatlandırıldı. 

 

İctimaiyyətlə əlaqələr şöbəsi