BAĞLA
site by dream@rt
 

Mətbuatin 140 illiyi münasibəti ilə bir qurup KİV nümayəndəsinin Qəbələ və Oğuz rayonlarına 2 günlük infoturu təşkil edildi

05.08.2015

“Veysəloğlu” Şirkətlər Qrupu və “Ulduz” Şokolad Fabriki ölkə mətbuatının yaranmasının 140 illiyi münasibəti ilə bir qurup KİV nümayəndəsinin Qəbələ və Oğuz rayonlarına 2 günlük İnfoTurunu təşkil etmişdi.

Səfərin zamanı “Veysəloğlu” Şirkətlər Qrupu və “Ulduz” Şokolad Fabriki haqda mətbuat nümayəndələrinə geniş məlumat verilmiş, onlara şirkətimizin uğur yolunu əks etdirən Tanıtım filmi göstərilmişdir.

Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov Veysəloğlu MMC və Ulduz Fabrikinin rəhbərliyi adından səfərdə iştirak etmiş, həmçinin müxtəlif səbəblərdən iştirak edə bilməyən bütün jurnalistləri bir daha Milli Mətbuat günü münasibəti ilə təbrik etmiş onlara bu çətin və şərəfli yolda uğurlar arzulamışdır. 

Səfərdə iştirak edən jurnalist heyyəti “Veysəloğlu” Şirkətlər Qrupunun rəhbərliyinə dərin təşəkkürlərini bildirmiş, təşkil edilmiş bu səfər proqramı üçün Şirkət rəhbərliyinə minnətdarlıqlarını elan etmişlər.