BAĞLA
site by dream@rt
 

"Veysəloğlu" şirkəti qiymət siyasətini yenidən nəzərdən keçirir

22.12.2015

Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin 21 dekabr 2015-ci il tarixində imzaladığı üzən məzənnə rejiminə keçilməsi barədə qərarına əsasən, manatın məzənnəsinin ABŞ dollarına nisbətən növbəti dəfə aşağı düşməsi Veysəloğlu Şirkətinin distribyuterlik etdiyi məhsulların qiymətlərinə də təsirsiz ötüşməyəcək.

Şirkətin əsas fəaliyyəti idxal üzərində qurulduğundan ABŞ dollarının məzənnəsinin kəskin artması şirkət üçün də bir sıra çətinliklər yaratmışdır. Hazırda şirkət özünün qiymət siyasətini yenidən nəzərdən keçirdir.

Veysəloğlu Şirkətinin distribyuterlik etdiyi məhsulların qiymət siyasəti Mərkəzi Bankın üzən məzənnə siyasətinə əsasən manatın məzənnəsinin dünya valyutasına konvertasiyasına uyğun olaraq, bazarın tələb və təklifinə nisbətini müəyyən edərək həyata keçiriləcəkdir.

Bu gün hər hansı bir süni qiymət artımından söhbət gedə bilməz. Yaranmış mövcud durum qiymət siyasətinin manatın yeni məzənnəsinə uyğunlaşmasını zəruri etmişdir.

 

Veysəloğlu Şirkətlər Qrupunun

İctimaiyyətlə əlaqələr departamenti