BAĞLA
site by dream@rt
 

Çinin iş adamlarından ibarət nümayəndə heyyəti Veysəloğlu şirkətində səfərdə olublar

29.04.2016

Çinli iş adamları Ulduz şokolad fabrikinin məhsullarına ciddi maraq göstər. Aprelin 27-də Çinin “İpək Yolu” Beynəlxalq Kommersiya Palatasının sədri LU Jianzonq və Asiya-Sakit okean Bölgəsinin Kommersiya və Sənaye Palatalar Konfederasiyasının sədri Jemal İnaişvilinin başçılıq etdiyi nümayəndə heyyəti Veysəloğlu Şirkətlər Qrupundə səfərdə olublar.

Çinli iş adamlarından nümayəndə heyyəti ilə Veysəloğlu rəhbərliyi arasında iki tərəfli görüş keçirilmişdir. Görüşdə qonaqlara ilk olaraq ölkənin itisadi inkişafı və sahibkarlığa yaradılan əlverişli və münbit iqtisadi şərait haqqında məlumat verilib. Çin iş adamlarının şirkətə səfərində əsas məqsəd Veysəloğlu MMC, o cümlədən, Ulduz Şokolad Fabrikinin fəaliyyəti ilə yaxından tanış olmaq, gələcək ikitərəfli əməkdaşlığın müzakirəsi və işbirliyinin qurulması olub.

“İpək Yolu” Beynəlxalq Kommersiya Palatasının sədri LU Jianzonq Veysəloğlu Şirkətlər Qrupunun həyata keçirdiyi layihələrə maraq göstərdiklərini deyərək şirkəti gələcəkdə öz ölkəsində təşkil olunacaq beynəlxalq sərgi və konfranslara dəvət edib. 

Asiya-Sakit okean Bölgəsinin Kommersiya və Sənaye Palatalar Konfederasiyasının sədri Jemal İnaişvili Veysəloğlu şirkətini birgə layihələr həyata keçirərək, qarşılıqlı əməkdaşlığa dəvət edib.

Görüşdə həmçinin Şirkətlər Qrupunun məhsullarının Çin bazarında gələcək perspektivləri müzakirə edilib.

Eyni zamanda qonaqlar ölkəmizdə xarici investorlar üçün yaradılmış şəraitdən məmnun qaldıqlarını və göstərilən qonaqpərvərliyə görə öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Çin iş adamlarından ibarət nümayəndə heyyətinin ölkəmizə səfəri aprelin 25-27 tarixlərində Bakıda keçirilmiş BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirakı çərçivəsində həyata keçirilmişdir.

Qəzetlər