BAĞLA
site by dream@rt
 

Avropalı gənclər “Ulduz” şokolad fabrikində

30.04.2018

“Erasmus+” layihəsinin Avropa Birliyi ölkələrindən ibarət nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində 27 Aprel tarixində Azərbaycanın ən iri şirkətlərindən biri olan “Ulduz” şokolad fabrikində ekskursiyada olublar. 
Fabrikdə Latviya, Litva, Ukrayna, Finlandiya və Azərbaycanda da daxil olmaqla ümumilikdə 37 tələbənin iştirakı ilə maraqlı görüş keçirilib. İlk olaraq tələblərə “Ulduz” şokolad fabrikinin yaranma tarixi və istehsal prosesi haqqında ətraflı məlumat veilib. Daha sonra istehsal prosesini canlı şəkildə izləmək üçün tələbələr şokoladın hazırlanması və qablaşdırılması ilə yaxından tanış olublar. 
Həmçinin tələbələrə hazırlanan şokolad məhsullarından yerindəcə dadmaq şəraiti də yaradılıb. Sonda tələbələrə “Ulduz” şokoladları hədiyyə olunub. 
Qeyd edək ki, Avropanın ən müasir avadanlığı ilə təchiz olunmuş fabrikdə istehsal edilən məhsullar, ümumilikdə dünyanın 20-dən çox ölkəsinə ixrac olunaraq ölkəmizi qida sektorunda layiqincə təmsil edir