BAĞLA
site by dream@rt
 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi çərçivəsində “İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabı ictimaiyyətə təqdim olunacaq

21.05.2018

Dövlətçilik tariximizin ən şanlı səhifələrindən birini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq “İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” adlı kitabı nəşr olunub.

Son iki əsrdə milli məfkurəni, özü­nüdərki, azadlıq ideyasını, istiqlal hərəkatını formalaşdıran, proseslərə liderlik edən şəxsiyyətlərin həyat və fəaliyyəti, bütöv dövrün ayrı-ayrı mərhələləri kitab­da öz əksini tapıb. Elmi-publisistik, tarixi oçerklər toplusu olan əsərin əsas ana xətti istiqlal məfkurəsinin daha geniş təbliği, yayılması və mühafizəsidir.

Bəxtiyar Qaraca və Akif Aşırlının müəllifliyi, filologiya üzrə fəlsəfə doktoru, “Kaspi” qəzeti və “Kaspi” Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva və Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun ön sözü ilə işıq üzü görən “İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabı “Veysəloğlu” Şirkətlər Qrupunun Azərbaycan xalqına növbəti hədiyyəsidir.