BAĞLA
site by dream@rt
 

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Veysəloğlu" Şirkətlər Qrupu və Mətbuat Şurasının dəstəyi ilə "Bitməyən müharibənin qəhrəmanları" silsiləsindən "Aprel şəkilləri" sənədli filminin təqdimatı keçirilib.

27.04.2018

Filmdə aprel döyüşlərində şəhid olan və "Azərbaycan bayrağı" ordeni ilə təltif edilən pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş leytenant Əbubəkir İsmayılovdan bəhs edilir.  "Bitməyən müharibənin qəhrəmanları" silsiləsindən 3 sənədli film çəkiləcək. "Aprel şəkilləri" sənədli filmi bu silsilədən birinci filmdir. Növbəti film aprel döyüşlərində şəhid olan və "İgidliyə görə" medalı ilə təltif edilən polkovnik-leytenant Raquf Orucova həsr ediləcək "Briqada komandiri" sənədli filmi olacaq". Filmin nümayişindən sonra çıxış edən "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva şəhidlərimizlə qürur duyduğumuzu vurğulayıb: "Şəhidlər seçilənlərdir, Allah onları seçib. Aprel döyüşləri zamanı dövlət və xalqın birliyi bir daha ortaya qoyuldu"