BAĞLA
site by dream@rt
 

“İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabının təqdimatı keçirilib

24.05.2018

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində dövlətçilik tariximizin ən şanlı səhifələrindən birini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə ithaf edilən “İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” adlı kitabının təqdimatı keçirilib.

Bəxtiyar Qaraca və Akif Aşırlının müəllifliyi, filologiya üzrə fəlsəfə doktoru, “Kaspi” qəzeti və “Kaspi Təhsil Mərkəzi”nin təsisçisi Sona Vəliyeva və Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun ön sözü ilə işıq üzü görən “İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bir vəsait olacaq.

Kitabda son iki əsrdə milli məfkurəni, özü­nüdərki, azadlıq ideyasını, istiqlal hərəkatını formalaşdıran, proseslərə liderlik edən şəxsiyyətlərin həyat və fəaliyyəti, bütöv dövrün ayrı-ayrı mərhələləri öz əksini tapıb.

Elmi-publisistik, tarixi oçerklər toplusu olan əsər “Veysəloğlu” Şirkətlər Qrupunun Azərbaycan xalqına növbəti hədiyyəsidir.