BAĞLA
site by dream@rt
 

“Veysəloğlu Qrup”dan nümunəvi addım - Fotolar

30.08.2018

“Veysəloğlu Qrup”  fiziki məhdudiyyətli gənclərin bir qrupunun Gəncənin Hacıkənd qəsəbəsi və Göygölə ekskursiyasının təşkilinə dəstək olub . Səfərin məqsədi fiziki imkanları məhdud gənclərin cəmiyyətə inteqrasiyası, həmçinin onların sosial fəaliyyətlərinin, intellektual qabiliyyətlərinin və ünsiyyət qurmaq bacarıqlarının inkişaf etdirilməsinə töhfə verməkdir.

Qeyd edək ki, Göygöldə fiziki məhdudiyyətli və sağlam gənclər kamp şəraitində birgə qalırlar. Ekskursiya müddətində müxtəlif maraqlı tədbir, oyun və müsabiqələr təşkil olunub. Göygöl dövlət qoruğunun füsunkar təbiəti ilə tanışlıq, asudə vaxtın səmərəli təşkili gənclərdə xoş təəssürat oyadıb.