BAĞLA
site by dream@rt
 

Veysəloğlu Şirkətlər qrupu Gələcək Qurur

21.10.2019

“Veysəloğlu” şirkətlər qrupu özünün Korporativ Sosial Məsuliyyət (KSM) Layihəsi çərçivəsində dəstək olduğu “Gələcəyini Qur” layihəsinin iştirakçıları ilə görüşüb. Belə ki, Şirkətlər qrupu 1 il öncə başlatdığı layihəyə əsasən aztəminatlı ailələrdən olan yüksək intellektual qabiliyyəti və universitetdə oxumaq arzusu olan 20 şagirdə (12 qız, 8 oğlan), hazırlıq kursları ilə təmin edilməsinə dəstək göstərmişdir. Çox sevindirici haldır ki, şagirdlərin hər biri 2019-cu il universitetə qəbul imtahanlarında yüksək nəticələr göstərərək Ali məktəblərə daxil olaraq tələbə adını qazanmışlar.

Tədbirdə Veysəloğlu Şirkətlər qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbov eləcə də, Şirkət rəsmiləri iştirak edərək tələbələri təbrik etmiş, ölkəmizin inkişafı naminə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Layihəyə Veysəloğlu Şirkətlər Qrupu ilə yanaşı İTECA Caspian, BP, Baker Tilly Azərbaycan kimi şirkətlər də dəstək olur. “Gələcəyini Qur” layihəsinin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək və töhfə vermək və bununla Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır.