BAĞLA
site by dream@rt
 

“Veysəloğlu” Şirkətlər Qrupu Novruz bayramı ərəfəsində sosial qayğıya ehtiyacı olan insanlarla görüş keçirib

19.03.2018

“Veysəloğlu” Şirkətlər Qrupu Novruz bayramı ərəfəsində korporativ sosial məsuliyyət proqramı çərçivəsində “Müharibə, Əmək və Silahlı Qüvvələr” İctimai Birliyinin Nizami rayonu, “Əlil və Veteranlar” İctimai Birliyinin Abşeron rayonu, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Nizami və Yasamal rayonu bölməsi, “Bakı Müharibə Əlil və Veteranlar” İctimai Birliyinin üzvləri, Məhəmmədi, Mehdiabad, Keşlə qəsəbəsinin sakinləri, Binəqədi, Nəsimi, həmçinin Nizami Rayonu İcra Hakimiyyətinin qeydiyyatında olan bir qrup sosial qayğıya ehtiyacı olan insanlarla görüş keçirib.

Novruz bayramı münasibətilə “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “Ulduz” şokolad fabriki, “Araz” supermarketlər şəbəkəsi, “Oba” marketlər şəbəkəsi adından 400-ə yaxın şəhid, əlil və veteran ailələrinə, aztəminatlı insanlara bayram sovqatı paylanılıb.