BAĞLA
site by dream@rt
 

“Veysəloğlu” Şirkətlər Qrupu “Bir damla qan qurtarılan bir can” adlı növbəti qanvermə aksiyasını həyata keçirib

25.02.2017

“Veysəloğlu” Şirkətlər Qrupu fevralın 24-də “Bir damla qan qurtarılan bir can” adlı növbəti qanvermə aksiyasını həyata keçirib. Aksiyanın məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara və eyni zamanda bədbəxt hadisələr nəticəsində xəsarət almış insanlara təmənnasız yardım etməkdən ibarətdir.

Respublika Mərkəzi Qan Bankının həkim heyətinin müşayiəti ilə həyata keçirilən aksiyada şirkətlər qrupunun çoxsaylı əməkdaşı donor qismində iştirak edib.  

Xatırladaq ki, talassemiya dünyanın bir çox ölkəsində rast gəlinən irsi qan xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bütün dünyada 300 milyona yaxın bu xəstəliyi daşıyan insan var. Talassemiya dünyada ən sıx müşahidə olunan tək gen pozğunluğudur. Talassemiyanın əsas səbəbi insanda olan 46 cüt xromosomdan 11-ci xromosomla 16-cı xromosomda yaranan qüsurdur. 

Dünyada milyonlarla insan belə xəstələrin tam sağalana qədər həyatda qalması üçün mütəmadi qanvermə aksiyalarına qoşulur.

Qəzetlər