BAĞLA
site by dream@rt
 

“Veysəloğlu” Şirkətlər Qrupu Sahibkarlar Günü ilə əlaqədar tədbir keçirib

25.04.2016

Aprelin 25-də “Veysəloğlu” Şirkətlər Qrupu ölkədə yeni təsis olunan Sahibkarlar Gününü təntənəli şəkildə qeyd edib. Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon bələdiyyəsinin sədri və bir sıra digər qonaqlar iştirak edirdilər.

Tədbirdə çıxış edən şirkət rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən sahibkarlığın inkişafına bütünlükdə ölkə iqtisadiyyatının yüksəlişi kimi önəm verilərək yeni istehsal sahələrinin və müəssisələrin yaradılmasının, iş adamlarına maddi, mənəvi, hüquqi dəstəyin verilməsinin sahibkarlığın güclənməsi üçün başlıca amil olduğunu vurğulayıb.

Tədbirdə bildirilib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə sahibkarlara yaradılan əlevrişli şərait, iqtisadi mühit və dövlət dəstəyi iş adamlarına da bir ruh yüksəlişi verdi.

Təşkil olunan bayram şənliyində həmçinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 21 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsis edilən Sahibkarlar Gününün bir daha sahibkarlara göstərilən diqqət və qayğının bariz nümunəsi olduğu vurğulanıb.

Qəzetlər