BAĞLA
site by dream@rt
 

“Veysəloğlu” Şirkətlər Qrupu regionlarda qanvermə aksiyasını davam etdirir

01.05.2018

Talassemiya və hemofiliya irsi qan xəstəliyidir və bu xəstəliyin müalicə olunmasında qan köçürmə prossesi mühüm rol oynayır. Hemofiliya və talassemiyalı xəstələri qanla təmin etmək üçün “Veysəloğlu” Şirkətlər Qrupu mütəmadi olaraq “Bir damla qan, qurtarılan bir can” şüarı ilə qanvermə aksiyaları keçirir. Növbəti belə aksiya şirkətin Mingəçevir lokal ofisində baş tutub. Belə ki, Respublika Mərkəzi Qan Bankının həkim heyətinin müşayiəti ilə aprel ayının son həftəsi ərzində “Veysəloğlu” Şirkətlər Qrupunun Mingəçevir, Bərdə, Göyçay, Şəki, Gəncə və Tovuz filiallarında 100-ə yaxın əməkdaş donor kimi iştirak edib.

 

Xatırladaq ki, “Veysəloğlu” şirkəti mart ayında da mərkəzi ofisində qanvermə aksiyası təşkil etmişdi. Həmin xeyriyyə aksiyasında 200-ə yaxın şirkət əməkdaşı qan verərək, talassemiya xəstəliyindən əziyyət çəkənlərə, eyni zamanda bədbəxt hadisə nəticəsində yaralanan insanlara dəstək olmuşdu.

 

Məlumat üçün qeyd edək ki, talassemiya dünyanın bir çox ölkəsində rast gəlinən irsi qan xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bütün dünyada 300 milyona yaxın insan bu xəstəliyin daşıyıcısıdır. Talassemiya dünyada ən sıx müşahidə olunan tək gen pozğunluğudur. Talassemiyanın əsas səbəbi İnsanda olan 46 cüt xromosomdan 11-ci xromosomla 16-cı xromosomda yaranan qüsurdur.

 

Ona görə də dünyada milyonlarla insan bu cür xəstələrin tam sağalana qədər həyatda qalması üçün mütamadi qan vermə aksiyalarına qoşulurlar.