BAĞLA
site by dream@rt
 

Şirkətlərimiz regionda keçirilən karyera sərgilərində aktiv iştirak edir

04.06.2019

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Məzun Günü və 11-ci Məzun Yarmarkası keçirilib. ADAU-nun Mühəndislik fakültəsində keçirilən tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov, nazir müavinləri İlham Quliyev və Seyfəddin Talıbov, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri, ölkədə fəaliyyət göstərən aparıcı şirkətlərin təmsilçiləri iştirak ediblər.

İşaxtaran məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələri gücləndirmək, gənclərin əmək bazarına inteqrasiyasını asanlaşdırmaq məqsədilə təşkil edilən yarmarkada ADAU məzunları istirak ediblər.

Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC və AVT Logistika MMC-nin İnsan resursları şöbəsinin nümayəndələri də bu tədbirdə yaxından iştirak edib. Namizədlər tərəfindən stendimizə olan maraq yüksək olub. Nümayəndələrimiz şirkətin fəaliyyət istiqaməti, şirkətdəki mövcud vakansiyalar və təcrübə proqramları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib və müraciət edən namizədlərin CV-lərini dəyərləndirmək üçün qəbul ediblər.