BAĞLA
site by dream@rt
 

AVT Logistika MMC və Ulduz Şokolad Fabriki Karyera sərgisində iştirak edib

27.05.2019

Mayın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) VI Məzun-Karyera sərgisi keçirilib. tədbirdə müxtəlif şirkət, idarə və müəssisələr, dövlət orqanları, təhsil müəssisələri və digər bu kimi qurumlar iştirakçılara öz vakansiyalarını, tələbələr üçün nəzərdə tutulan təcrübə və təqaüd proqramlarını təqdim ediblər.

AVT Logistika MMC və Ulduz Şokolad Fabrikinin İnsan resursları şöbəsinin nümayəndələri də bu tədbirdə yaxından iştirak edib. Namizədlər tərəfindən stendimizə olan maraq yüksək olub. Universitet rəhbərliyi və rəsmi qonaqlar stendimizi ziyarət ediblər. Nümayəndələrimiz şirkətin fəaliyyət istiqaməti, şirkətdəki mövcud vakansiyalar və təcrübə proqramları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib və müraciət edən namizədlərin CV-lərini dəyərləndirmək üçün qəbul ediblər.