BAĞLA
site by dream@rt
 

APREL ŞƏHİDİNİN AİLƏ ÜZVLƏRİ İLƏ VEYSƏLOĞLU RƏHBƏRLİYİNİN GÖRÜŞÜ KEÇİRİLİB

12.09.2018

Sentyabrın 11-də Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyinin iştirakı ilə Azərbaycan Respublikasının torpaqlarının azadlığı uğurunda Cocuq Mərcanlı kəndi istiqamətində gedən  2016-cı il aprel döyüşlərində şəhid olan hərbiçimiz leytenant Yusifov Baba İmran oğlunun ailə üzvləri ilə görüş keçirilib.

Şəhidimizin həyat yoldaşı Yeganə Yusifova Veysəloğlu Şirkətlər Qrupunun aprel şəhidlərinin əziz xatirələrinin və ailələrinin daim yüksək diqqətdə saxladığına görə təşəkkür məktubunu rəhbərliyin diqqətinə çatdırıb.