BAĞLA
site by dream@rt
 

AVT Logistika MMC Karyera sərgisində iştirak edib

20.05.2019

16 may 2019-cu il tarixində  Azərbaycan Universitetində ənənəvi Karyera Günü keçirilib. “Karyerada ilk addım” şüarı ilə bu il beşincisi təşkil olunan tədbirdə müxtəlif şirkət, idarə və müəssisələr, dövlət orqanları, təhsil müəssisələri və digər bu kimi qurumlar iştirakçılara öz vakansiyalarını, tələbələr üçün nəzərdə tutulan təcrübə və təqaüd proqramlarını təqdim ediblər.

AVT Logistika MMC-nin İnsan resursları şöbəsi və Veysəloğlu Təhsil müəssisələri ilə əlaqələr bölməsinin nümayəndələri də bu tədbirdə yaxından iştirak edib. Namizədlər tərəfindən stendimizə olan maraq yüksək olub. Nümayəndələrimiz şirkətin fəaliyyət istiqaməti, şirkətdəki mövcud vakansiyalar və təcrübə proqramları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib və müraciət edən namizədlərin CV-lərini dəyərləndirmək üçün qəbul ediblər.