BAĞLA
site by dream@rt
 

“Veysəloğlu” Qrup Beynəlxalq Donor gününə həsr olunan qanvermə aksiyası keçirdi

14.06.2019

Veysəloğlu” Şirkətlər Qrupu “Bir damla qan, qurtarılan bir can” adlı növbəti qanvermə askiyasını həyata keçirib. Mingəçevir şəhərində baş tutan aksiya 14 iyun- “Beynəlxalq Donor” gününə həsr olunub.

 

Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım məqsədilə keçirilən aksiyada “Veysəloğlu” Şirkətlər Qrupunun Mingəçevir lokal ofisinin əməkdaşları iştirak edib.

 

Qeyd edək ki, Respublika Mərkəzi Qan Bankının həkim heyətinin müşaiyəti ilə həyata keçirilən aksiyada hər il şirkətlər qrupunun yüzlərlə əməkdaşı donor qismində könüllü olaraq iştirak edir.

 

Xatırladaq ki, talassemiya dünyanın bir çox ölkəsində rast gəlinən irsi qan xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bütün dünyada 300 milyona yaxın bu xəstəliyi daşıyan insan var. Talassemiya dünyada ən sıx müşahidə olunan tək gen pozğunluğudur. Xəstəliyin əsas səbəbi insanda olan 46 cüt xromosomdan 11-ci xromosomla 16-cı xromosomda yaranan qüsurdur. Ona görə də dünyada milyonlarla insan belə xəstələrin tam sağalana qədər həyatda qalması üçün mütəmadi qanvermə aksiyalarına qoşulur.