BAĞLA
site by dream@rt
 

Mütəxəssislərimiz tərəfindən ustad dərslərinin verilməsi davam edir

23.05.2019

Bakı Mühəndislik Universitetinin Müəssisələrlə əlaqələr və karyera deprtamentinin və Veysəloğlu Təhsil müəssisələri ilə əlaqələr bölməsinin təşkilatçılığı ilə Bakı Mühəndislik Universitetinin tələbələrinə növbəti “ustad dərsləri” (Master- klass)  keçirilib. “OBA Retail Chain” MMC-nin Hüquq bölməsinin müdiri, vəkillər kollegiyasının üzvü Pərviz Osmanov “Əmək məcəlləsi” mövzusunda tələbələrə məlumat verib. İş prosesində rastlaşdığı hadisələri və təcrübələrini diqqətə çatdıran P.Osmanov tələbələrin mövzu ilə bağlı suallarını da cavablandırıb.

Qeyd etməliyik ki, Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq çərçivəsində mütəxəssislərimiz tərəfindən ustad dərslərinin verilməsi davam edəcəkdir.