BAĞLA
site by dream@rt
 

Azərbaycan Xalq Cümhuriyyəti dönəmində yaşamış əsgər-fotoqrafın xatirələri “Cümhuriyyətin 9 şəkli” bədi-sənədli filmində

25.05.2018

1918-ci ildə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti milli təfəkkurun dövlət təntənəsi, Azərbaycan coğrafiyasının vahid huquqi ərazidə bir sərhəd olaraq yaradılması idi. Düz 100 il əvvəl Azərbaycan bu günü yaşayaraq Azərbaycan Demokratik Respublikasını qurub, ümumi bayraq altında öz Cümhuriyyətini elan etdi.

Məhz bu unudulmaz və qürurverici məqamı əbədiləşdirmək məqsədilə, “Veysəloğlu” Şirkətlər Qrupu özünün təşəbbüskarlığı və “Cinealliance” kino şirkətinin yaradıcı komandası ilə “Cümhuriyyətin 9 şəkli” filmini ərsəyə gətirməyi qərara alır.

Filmin süjet xətti baş verənlərin tarixçi, salnaməçi baxışından deyil, bir sıravi əsgər baxışından açıqlanmasıdır. Filmdə Qafqaz İslam Ordusunun sıravisi və eyni zamanda fotoqrafı olmuş əsgərin illər kecəndən sonra belə ailəsində yaşanan ideoloji muhiti yaratmasından bəhs edilir.

Filmdə həmçinin o dövrdə baş verən mühüm hadisələri özündə əks etdirən doqquz şəkil canlanır. Bu şəkillər vasitəsi ilə Azərbaycan Demokratik Respublikasının doqquz fərqli sahədə əldə edə bildiyi uğurlar gündəmə gətirilir. Baş vermiş tarixi hadisələrə bədii qəhrəmanların vasitəsilə şərhlər verilir.

Vizual mətnin əsas mesajı iki illik mohtəşəm tarixi bir insanın duşuncə süzgəcindən keçirə bilməsidir. Bugünkü tamaşaçıya bəsit dəlillərlə və çox sadə bir dildə tarixin çatdırılmasıdır. O mohtəşəm iki ildə dovlət quruculuğu prosesinin bir cox sahələrə uğurla şaxələnməsi, hüquq-mühafizə, məhkəmə, bank, poçt-teleqraf sistemlərinin yaradılması, ordu quruculuğu və mədəniyyət sahəsində əldə edilmiş uğurlar xususi olaraq filmdə vurğulanır.

Aktyor oyunu, bədii mətnlə muşayiət olunan foto və video arxivlə bərabər, rəsm cizgilərinin anidən canlanması və digər mənbəyə fokuslanması Azərbaycan kinosu üçün yeni bir sintez mədəniyyəti formalaşdırır.

Film baba ilə nəvənin timsalında iki müxtəlif baxış bucağının, iki müxtəlif yaş nəslinin Azərbaycan Demokratik Respublikasına olan oxşar münasibətidir. Hər iki nəsil öz şanlı tarixinə hörmət edir. Olanları yüksək dəyərləndirir. Ancaq belə bir ideoloji mühit vətənə bağlı əsgər yetişdirə bilər. Necə ki, filmin qəhrəmanı olan uşaq belə bir ideoloji mühitdə əsgər olmaq arzusu ilə böyüyür.